Browsing daily archive

Oktyabr 13, 2021

Bakıda dəhşətli qəza: 5 ölü, 20 yaralı

Bakı Nəqliyyat Agentliyindən APA TV-yə verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan “Mercedes” markalı yük avtomobili, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin APA-ya verdiyi məlumata görə, ağır yol-nəqliyyat hadisəsi […]

Mingəçevir Dövlət Universitetində mini-futbol yarışlarına start verilib

Mingəçevir Dövlət Universitetində (MDU) İdman-sağlamlıq kompleksinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan mini-futbol yarışlarına start verilib. Oktyabrın 10-dan başlayaraq 30-dək davam edəcək yarışlar dərs saatlarından kənar vaxtlarda universitetin mini-futbol meydançasında təşkil edilir və olimpiya sistemi üzrə 11 komandanın iştirakı ilə həyata keçirilir. İkinci tur oktyabrın 17-də başlayacaq. Oyunlara kompleksin rəhbəri Fərman Məmmədov hakimlik edir. […]

Türkiyəli professorlar Mingəçevir Dövlət Universitetinin kollektivinə təqdim edilib

2021-ci ilin 12 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni fəaliyyətə başlayan Türkiyənin Qazi Universitetinin professorları Cemal Yılmaz və Ercan Nurcan Yılmaz kollektivə təqdim olunub. Təqdimatda MDU-nun rektoru Şahin Bayramov və inzibati heyət üzvləri iştirak ediblər. Görüş iştirakçılarını salamlayan rektor Ş.Bayramov qardaş Türkiyənin aparıcı tərəfdaş ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin professorlarını MDU-nun kollektiv […]

Mingəçevir Dövlət Universitetinin startap komandası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində olub

2021-ci ilin 7 oktyabr tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində Mingəçevir Dövlət Universitetinin (MDU) “Crisis Heroes” startap komandasının üzvləri ilə görüş keçirilib. Görüşdə Mərkəzin direktoru Əkbər Abbasov, direktor müavini Anar Cəfərov, Texnoloji transfer və innovasiyalar şöbəsinin müdiri Emin Nəsibov, Monitorinq və təhlil şöbəsinin baş mütəxəssisi Nigar Xəlilova iştirak edib. Gənclərin […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşı Gəncədə terror qurbanlarının anım mərasiminə qatılıb

2021-ci ilin 10 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) gənc müəllimi, Vətən müharibəsi iştirakçısı Qaragöz Kərimov Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının fəallarından ibarət heyətin tərkibində 11 oktyabr Gəncə terrorunun ildönümü ilə əlaqədar ölkəmizin ikinci ən böyük qədim şəhərinə səfər edib. Səfər çərçivəsində Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket zərbələrinə […]