Browsing daily archive

Oktyabr 7, 2021

Mingəçevir Dövlət Universitetində İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib

2021-ci ilin 6 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlanması münasibəti ilə Şura üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində uzun fasilədən sonra ənənəvi təhsilin bərpa olunduğunu bildirən rektor […]

Mingəçevir Dövlət Universitetində “Microsoft Teams” proqramının istifadə qaydaları” adlı təlimlər keçirilib

2021-ci ilin 2 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Pedaqoji, İqtisadiyyat və idarəetmə, Mühəndislik fakültələrinin tələbələri üçün “Microsoft Teams proqramının istifadə qaydaları” adlı onlayn təlimlər təşkil edilib. MDU-nun “İnformasiya texnologiyaları” kafedrasının müəllimləri Məryəm Əsədova, Səadət Aslanova və Validə Nuriyeva tərəfindən keçirilən təlimlərdə “Microsoft Teams” proqramının strukturu, imkanları, funksiyaları, yüklənməsi, dialoq pəncərəsi, çat və faylların mübadiləsi […]

Dövlət dəstəyindən yararlanmaq istədi, 21 xəstə qoyun verdilər

Yevlax rayonunun Ərəş kənd sakini Rəbiyyə İsayeva dövlətin dəstəyindən yararlanaraq yeni bir təsərrüfat qurub, yoxsulluğun daşını biryolluq atmaq istəyi ilə Yevlax rayon Məşğulluq Mərkəzinə üz tutub. Çox çək-çevirdən sonra mərkəzin vasitəçiliyi ilə 21 baş qoyun alaraq geri kəndinə dönüb. Rəbiyyə xanımın bir gözü sevincdən gülsə də, o biri gözü narahatlıq içində döyüküb. Çünki çoxdankı arzusuna […]

İtirilib

Mingəçevir Mədəniyyət şöbəsinin “Novruz” bağçılığından Məbudova Tutu Bəhman qızının adına ayrılan torpaq sahəsi üçün verilmiş üzvlük vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

İtirilib

Mingəçevir Mexanikləşdirmə İdarəsinin şəhərdəki bağçılığından Əsgərov Oktay Məmməd oğlunun adına ayrılan torpaq sahəsi üçün verilmiş üzvlük vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Mingəçevirdə uşaqlar üçün günərzi mərkəzi açılıb (FOTO)

Sentyabr ayından Mingəçevirdə 3-5 və 6-12 yaş qrupları üzrə 30 nəfər uşağa müxtəlif sosial xidmətlər göstərən günərzi mərkəzi fəaliyyətə başlayıb. Bu barədə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyindən qəzetimizə məlumat verilib. Birliyin sədri Nailə İsmayılovanın dediyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial sifarişi üzrə həyata keçirilən layihə […]