Browsing daily archive

Oktyabr 6, 2021

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşı doktorantura təhsilini Avropada davam etdirəcək

Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici dillər kafedrasının gənc müəllimi Samirə Əhmədova Erasmus+ proqramı çərçivəsində Sloveniya Respublikasının Nova Gorica Universitetində doktorantura təhsilini davam etdirmək imkanı qazanıb. Cari ilin sentyabr ayından etibarən Sloveniyaya yola düşən S.Əhmədova altı ay müddətində sözügedən universitetdə tədris və elmi-tədqiqat prosesində iştirak edəcəkdir. Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da akademik potensialın […]

Mingəçevir Dövlət Universitetində “Xarici dil öyrənmə sənəti” adlı təlim keçirilib

2021-ci ilin 2 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Xarici dil öyrənmə sənəti” mövzusunda təlim keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən təlimdə universitetin tələbə və magistrantları, eləcə də gənc əməkdaşları iştirak ediblər. Təlim doqquz müxtəlif dildə akademik səviyyədə danışmağı bacaran xarici dillər üzrə kouç Aslan Məmmədzadə tərəfindən aparılıb. Təlimçi informasiya texnologiyalarının inkişaf […]

Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universiteti arasında “Ustad dərsləri” birgə layihəsi davam edir

2021-ci ilin 5 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. BDU-nun Fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Niftalı Qocayev tərəfindən “Dispersiyanın elektron nəzəriyyəsi” mövzusunda “Microsoft Teams” […]

Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

2021-ci ilin 5 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri iştirak ediblər. ”Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov universitetin bütün professor-müəllim heyəti üzvlərini peşə bayramı münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli […]

“Unibank”a borcu olan kişi özünü körpüdən çaya atdı – FOTO

“Unibank”a borcu olan  58 yaşlı Mingəçevir sakini özünü körpüdən çaya atıb. Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə şəhərin əsas nəqliyyat körpüsü üzərində baş verib. Belə ki,  58 yaşlı şəhər sakini Əlövsət Əhmədov  insanların gözü önündə özünü körpüdən Kür çayına atıb. Batmaq üzrə olan kişi son anda qayıqçılar Azər Müseyibov və Toğrul Rəhimli tərəfindən xilas edilərək sahilə […]