Browsing monthly archive

Sentyabr 2021

Mingəçevirdə zəncirvari yol qəzası olub, xəsarət alan var

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında M. Maqomayev küçəsindəki yol kəsişməsində baş verib. Qəza “Vaz 2111”, “Mercedes” və “Daewoo” markalı minik maşınlarının iştirakı ilə olub. Hadisə nəticəsində “VAZ”da olan 1984-cü il təvəllüdlü sərnişin Sədaqət Qasımova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevir Dövlət Universitetinin tələbələri “Yay Təcrübə Proqramı”nı uğurla başa vurublar

Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi (MPM) və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində Zəyəm Texnologiyalar Parkında (ZTP) təşkil edilmiş “Yay Təcrübə Proqramı” uğurla başa çatıb. 2021-ci ilin 31 avqust tarixində hər iki təhsil müəssisəsinin rəhbərləri təcrübə proqramında iştirak etmiş universitet və peşə məktəbinin tələbələri ilə görüşüblər. Görüşdə proqramı müvəffəqiyyətlə başa […]