Mingəçevirdə sahibsiz it Kəlbəcər sakininə hücum edib
Mingəçevirdə məcburi köçkünlərin bir qisminin müvəqqəti məskunlaşdığı Dəmir-beton məmulatları zavodunun ərazisində 62 yaşlı kişi sahibsiz itin hücumuna məruz qalıb. APA_nın Mingəçevir bürosunun məlumatına görə, sahibsiz it 1959-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Bəşirov İslam Bəşir oğluna ağır xəsarətlər yetirib. İ.Bəşirov hər iki qollarından, ayaq, diz və topuq nahiyələrinin çoxsaylı kəsilmiş yaralarla xəstəxanaya çatdırılıb. Yaralıya ilkin […]