Browsing daily archive

Sentyabr 2, 2021

Bölgə gənclərinin “Kür Məcarəsi” uğurla yekunlaşıb

Avqustun 27-dən 29-dək 2 gecə 3 gün olmaqla Mingəçevir Uşaq Gənclər-İdman Şahmat Məktəbinin Avarçəkmə bölməsinin ərazisində “Kür Məcarəsi” adı ilə düşərgə təşkil olunub.  Düşərgəyə 7 bölgədən 20-dən çox gənc qatılıb. Onlar “Biz niyə burdayıq”, “Çadırqurma”, “Avarçəkmə”, “Balıqtutma”, “Skautinq”, “Layihələrin idarə olunması”, “Üzgüçülük” və digər təlimlərə, “Kod Da Vinci”, “NHN” “Nişançı” kimi oyunlara cəlb olunublar. Bu […]

Artıq müəllimlər bir neçə saata öz saytlarını yarada bilərlər – TƏLİMAT

Müəllimlər üçün şəxsi veb sayt, öz işlərini qurmaqda ən yaxşı vasitələrdən biridir. Məsələn siz repetitor kimi fəaliyyət göstərirsiniz, evinizdə offline və ya online kurslar təşkil edirisiniz bu zaman sayt sizə yeni tələbələr cəlb etməkdə yardımçı olacaq və yaxud siz məktəbdə işləyirsiniz, hər iki halda siz şəxsi saytınızda şagirdlər və valideyinlər üçün faydalı məlumatlar dərc edə […]

Meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazası yaradıldı

Azərbaycan höküməti ilə Çin hökuməti arasında iqtisadi və texnoloji əməkdaşlıq müqaviləsi əsasında 8 dekabr 2014-cü ildə bağlanmış  “Meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması” qrant layihəsi başa çatıb. Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov məlumat verib. Onun dediyinə görə, layihə çərçivəsində Çin Xalq Respublikasından gətirilmiş zəruri avadanlıqlar aidiyyəti […]

Mingəçevirdə zəncirvari yol qəzası olub, xəsarət alan var

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında M. Maqomayev küçəsindəki yol kəsişməsində baş verib. Qəza “Vaz 2111”, “Mercedes” və “Daewoo” markalı minik maşınlarının iştirakı ilə olub. Hadisə nəticəsində “VAZ”da olan 1984-cü il təvəllüdlü sərnişin Sədaqət Qasımova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.