Browsing monthly archive

Sentyabr 2021

Dənizkənarı Milli Parkda fotosərgi

Dənizkənarı Milli Parkda Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyi “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı foto-sərgi təşkil edir. Sərgi açıq havada “Park Bulvar” ticarət mərkəzinin yanındakı foto qalereyada nümayiş etdirilir. Bu haqda Aİ-nin Azərbaycan nümayəndəliyindən “Mingəçevir işıqları” qəzetinə məlumat verilib. Məlumatda deyilir ki, sərginin keçirilməsində məqsəd Aİ-nin Azərbaycandakı fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumatlandırmanı […]

Niyyət Protokolu çərçivəsində EHİM ilə Böyük Britaniyanın Rəqəmsal Hökumət Xidməti müzakirə aparıb

Sentyabrın 29 -da Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti arasında onlayn formatda növbəti görüş keçirilib. Bu barədə EHİM-dən “Mingəçevir işıqları” qəzetinə məlumat verilib. Məlumatda deyilir ki, tərəflər arasında imzalanan Niyyət Protokolu çərçivəsində keçirilən görüşdə rəqəmsal xidmətlərin təşkili, istifadəçilərin ehtiyacları əsasında dövlət xidmətlərinin rəqəmsallaşdırılması, dövlət xidmətlərinin […]

Yeni dərs ili qarşısında Mingəçevirdə nişanlanma xətləri və piyada zolaqları yeniləndi

Təhlükəsizlik tədbirləri çərçivəsində Mingəçevir şəhəri ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəqliyyat axınının qaydaya salınmasına xidmət edən nişanlanma xətləri, rəngi solmuş piyada keçidləri yenidən rənglənib. Həmçinin, zərurət olan yerlərdə yeni piyada zolaqları salınıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Məlumatda bildirilir ki, yenilənmə işləri DYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin […]

Əsaslı təmirdən sonra Mingəçevirdəki 12 saylı məktəbə şagird axını artıb

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev və şəhər ictimayyətinin nümayəndələri 12 saylı məktəbə gəliblər. Onlar müxtəlif fənn kabinetləri, laboratoriyalar, idman və akt zalı, kompüter otağı, qız və oğlanlar üçün əmək təlimi otağı və mətbəxin müasir standartlara cavab verdiyinin şahidi […]

Mingəçevir Dövlət Universitetində Anım Günü qeyd olunub

27 sentyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Anım Günü qeyd edilib. Anım Günü çərçivəsində MDU-da Mingəçevir Şəhidlər Xiyabanına ziyarət, elmi-praktiki konfrans, onlayn mühazirələr və ağacəkmə aksiyası təşkil edilib. İlk növbədə, Şəhidlər Xiyabanını ziyarət edən universitetin bir qrup tələbə və müəllim kollektivi üzvü ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın […]

Vətən üçün oğul böyüdənlər Mingəçevir Turizm Kollecində

Mingəçevir Turizm Kollecinin kollektivi şəhid valideynləri və İkinci Qarabağ müharibəsi qaziləri ilə birgə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda edən, erməni işğalçıları ilə döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlib, onların məzarları üzərinə tər qərənfillər düzüblər. Bundan sonra mərasim kollecin akt zalında davam edib. Dövlət Himnimizin ifasından […]

Şəhidlər xalqımızın qürur mənbəyidir

Sentyabrın 27-də ikinci Qarabağ müharibəsinin başlandığı gündən 1 il ötdü. Bu münasibətlə Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində  keçirilən Anım Günündə müharibədə həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd olunub ki, mərasim Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir. Tədbirin […]

Mingəçevirdə izdihamlı anım günü

Mingəçevir Şəhidlər Xiyabanı sentyabrın 27-də izdihamlı Anım gününü yaşadı. Ümumşəhər mərasimində şəhidlərin ruhuna dualar oxunduqdan sonra onların canı və qanı bahasına,  qazilərimizin şücaəti sayəsində qazanılan qələbədən danışıldı. Bildirildi ki, bu gün Mingəçevir Şəhidlər Xiyabanında uyuyan igidlərimizin 51-i ikinci Qarabağ döyüşlərində ucalığın zirvəsinə qalxan oğullarımızdır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, “N” saylı hərbi hissənin […]

“Abral Academy” mingəçevirlilərə qapılarını açdı

Sentyabrın 25-də Heydər Əliyev prospektindəki 36 saylı ünvanda yerləşən “Abral Academy”nın açılış mərasimi keçirildi. Açılışda akademiyanın tələbə və müəllim heyəti, çox sayda qonaqlar və şəhid Yusif Məmmədovun ailəsi də iştirak etdi. “Abral Academy”nın təsisçisi və direktoru Tural Abdurahimov 2008-ci ildən xaricdə Azərbaycanı təmsil edir. O, Türkiyə, İngiltərə və Amerikada təhsil alıb. Bir müddət Amerikanın MiT […]

Şəhid ailələrinin yaşadıqları məhəllələrdə sərv ağacları əklidi

2021-ci il sentyabrın 25-də Mingəçevirdə şəhidlərimizin xatirəsinə ağackmə aksiyası keçirilib. Şəhid valideynlərinin iştirakilə dörd  şəhidin yaşamış olduğu məhəllədə və Mingəçevir yüksək Texnologiyalar Parkının  arxasındakı ərazidə ağac əkmə prosesinə yerli İcra Hakimiyyətinin, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, digər dövlət qurumlarının nümayəndələri və YAP Gənclər  Birliyinin könüllüləri qatılıblar. İH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin […]