Browsing daily archive

İyul 16, 2021

Mingəçevirdə tekstil fabrikində çalışan işçi həmkarını bıçaqlayıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü Qasımov Elmir Nizami oğlu tekstil fabrikində mübahisə zəminində sinəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində E.Qasımova  xəsarət yetirməkdə şübhəli bilinən, fabrikin əməkdaşı, Kəlbəcər rayon sakini Dağıbəyi Vəlizadə saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti” təliminə start verilib

2021-ci ilin 13 iyul tarixindən etibarən Mingəçevir Dövlət Universitetində (MDU) “Tyutor xidməti” təliminə start verilib. İyul ayının 18-nə qədər davam edəcək altı günlük  təlim proqramı çərçivəsində bu günə qədər MDU-nun akademik və inzibati heyət üzvləri tərəfindən üç təlim baş tutub. İlk təlim günündə giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov son dövrdə universitetin […]