Browsing daily archive

İyul 5, 2021

Bakı-Mingəçevir marşrutu üzrə işləyən sərnişin avtobusu yanıb

Bakıdan Mingəçevirə gələn sərnişin avtobusu Yevlax rayonu ərazisində alovlanıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu saatlarda Yevlaxın Qarxun kəndi yaxınlığında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb olunub. Sərnişinlər arasında zərərçəkənin olmadığı bildirilir. Qeyd edək ki, avtobus bu gün saat 16:00-da Bakıdan Mingəçevirə yola düşüb.  

Demokratik dövlətdə azad media necə dördüncü hakimiyyətə çevrildi?

Ötən əsrin 90-cı illərində 70 ildən bəri dünyanın başına tərs dəyirman fırlatmış “Sovetlər Birliyi” adlı qırmızı imperiyanın süqutu gedişində Azərbaycan xalqı ərazi bütövlüyünün qorunması və itirilmiş dövlət müstəqilliyinin bərpası uğrunda ölüm-dirim savaşı aparırdı. Bu müqəddəs dava kommunist ideoloji sistemi içərisində əridilmiş milli demokratik jurnalistikamızın da dirçəldilməsi ilə müşayiət olunurdu. Bu zəmində yeni siyasi qüvvələrin və […]

Xəzərdəki partlayışın hadisə yerindən görüntüləri – VİDEO

Ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub. Bu […]