Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib
2021-ci ilin 9 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində “Turizm müəssisələrində müştəri münasibətlərinin idarə edilməsi” mövzusunda seminar keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin akademik heyət üzvləri və magistrantları iştirak ediblər. Seminarda çıxış edən AHBVU Turizm fakültəsinin professoru […]