Browsing daily archive

İyun 30, 2021

“VAZ 2109”-un sürücüsü xəstəxanaya yerləşdirildi

Mingəçevir Şəhər Polis Şöbəsinin qarşısında yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Yüksık sürətlə hərəkətdə olan “BMW” markalı avtomobil “VAZ 2109” markalı minik maşınına çırpılıb. Qəza nəticəsində “VAZ 2109”-un sürücüsü, 1955-ci il təvəllüdlü Rifah Mustafa oğlu Sofiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.  

Mingəçevir Dövlət Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib

29 iyun 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən vebinarda giriş sözü ilə çıxış edən MDU-nun prorektor əvəzi Veysəl Əyyubov Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib […]

Mingəçevirdə ana və iki övladı dəm qazından zəhərlənib

Mingəçevirdə zəhərlənmə hadisəsi qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsi, 41 ünvanında baş verib. Ana və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərlənərək halsız duruma düşüb. 1987-ci il təvəllüdlü ana Vəsilə Yusifova, qızı 2013-cü il təvəllüdlü Nərmin Elçin qızı Yusifli və 10-12 yaşlı daha bir qız övladı təcili xəstəxanaya çatdırılıb. Faktla […]

Mingəçevir Dövlət Universitetində “Fintech və rəqəmsal iqtisadiyyat” mövzusunda təlim keçirilib

2021-ci ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Seed” Startap Mərkəzinin təşkilatçılığı ilə “Fintech və rəqəmsal iqtisadiyyat” mövzusunda təlim keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən təlimin qonağı ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin maliyyə professoru Fariz Hüseynov olub. Təlimdə giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov müasir dövrdə cəmiyyət […]

Mingəçevir Dövlət Universitetinin təmsil olunduğu üçtərəfli təhsil-sənaye işbirliyi formatı fəaliyyətini uğurla davam etdirir

2021-ci ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində işçi qaydada ilk görüş keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə tərəfdaş qurumların strateji hədəfləri və fəaliyyət istiqamətləri, əsas ehtiyacları və əməkdaşlıqdan başlıca gözləntiləri, hazırda daha çox tələb olunan ixtisaslar və […]