Browsing daily archive

İyun 29, 2021

Mingəçevirdə yaşıllıq ərazi yanıb

Mingəçevirdə axşam saatlarında bağlar yaşayış massivində yerləşən ərazidə yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğın Mingəçevirin ən böyük maşın təmiri müəssisəsinə bitişik ərazidə – 150 kv metrilk sahədə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə briqadası cəlb olunub. Alov söndürülüb. Yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb.

Milli Mətbuat Günü ərəfəsində 2200 manat mükafata kim sahiblənəcək?

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramının 3-cü dalğasına start verilib. 22 iyul – Milli Mətbuat Gününə həsr olunan proqramda İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən jurnalistlər, blogerlər və cəmiyyətin maarifləndirilməsinə […]