Browsing daily archive

İyun 21, 2021

Ailədaxili münaqişə zəminində qadın özünü öldürmək istədi

Goranboyda iki uşaq anası intihara cəhd edib. Lent.az-ın məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib. 1996-cı il təvəllüdlü kənd sakini və iki uşaq anası Cəfərova Təranə Fariz qızı çox sayda dərman preparatı içərək intihara cəhd edib. Ağır durumda olan qadın xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən, intihara cəhdə ailədaxili münaqişə səbəb olub. Fakta bağlı araşdırma aparılır.

CIVIL MATCH 2.0 tədbiri 10 müxtəlif ölkədən olan tərəfdaşları dijital görüş zamanı bir araya gətirəcək

1-3 İyul 2021-ci ilde Vətəndaş Cəmiyyəti Qarşılaşması (CIVIL MATCH) 2.0 tədbiri 10 müxtəlif ölkədən olan tərəfdaşları dijital görüş zamanı bir araya gətirəcək. Tədbirə qoşularaq media, mədəniyyət, təhsil və münaqişələrin həlli istiqamətində sərhədlərarası layihələri dəstəkləyən donor təşkilatlarla əlaqə yarada bilərsiz. Tədbirdən əvvəl özünüzə uyğun tərəfdaş tapmaq üçün indi müraciət edin: son tarix – 29 İyun 2021. […]