Browsing daily archive

İyun 17, 2021

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin 03 iyun tarixində başlayan onlayn imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub. 03-14 iyun tarixlərini əhatə edən ilk səkkiz imtahan günündə bakalavriat səviyyəsində 109 qrupda təhsil alan 1984 tələbənin 222 imtahanda iştirakı […]

Mingəçevir Dövlət Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

2021-ci ilin 14 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan xalqının taleyini dəyişmiş xilaskarlıq tarixi – 15 iyun” mövzusunda elmi konfrans keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında iştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, əlamətdar tarixi gün münasibətilə universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərini, […]

Mingəçevir Dövlət Universitetində magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransının materialları dərc olunub

2021-ci ilin 29-30 mart tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) keçirilmiş magistrantların “Elm günü”nə həsr olunmuş III elmi-nəzəri konfransının materialları kitab şəklində dərc olunub. Qeyd olunan konfrans materiallarında MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin magistrantlarının məqalə və tezisləri yer alıb. Onlayn formatda baş tutan konfransın plenar iclasında MDU-nun 8 magistrantı, Təhsil və humanitar”, “Təbiət, texnika […]

Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər

2021-ci ilin 12 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü universitetin 44 günlük Vətən Müharibəsində şəhid olan məzunu Kənan Abdullayevin xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər. Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının və qazilərin də iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun adını daşıyan bulağa gül dəstələri düzülüb və […]