Browsing daily archive

İyun 1, 2021

Mingəçevir sakininin kanalın sahilində meyiti tapılıb

Mingəçevirdə Qarabağ kanalının sahilində kişi meyiti tapılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, meyiti tapılan şəxsin 1982-ci il təvəllüdlü şəhər sakini Məmmədov Elman Elbrus oğlu olduğu müəyyən edilib. Aparılan ilkin araşdırma və məhkəmə tibbi ekspertizası nəticəsində məlum olub ki, Elman Məmmədov narkotik vasitənin artıq dozada qəbulundan ölüb. Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.

Mingəçevir Dövlət Universitetində Erasmus+ layihəsi çərçivəsində görülən işlərin monitorinqi keçirilib

2021-ci ilin 27 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Bakı Biznes Universitetinin (BBU) koordinatorluğu ilə həyat keçirilən “Azərbaycan Universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində görülən işlərin monitorinqi məqsədilə görüş keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə Erasmus+ layihəsinin səlahiyyətli nümayəndəsi, Litvanın Sosial Tətbiqi Elmlər İnstitutunun keyfiyyət təminatı […]