Browsing monthly archive

İyun 2021

“VAZ 2109”-un sürücüsü xəstəxanaya yerləşdirildi

Mingəçevir Şəhər Polis Şöbəsinin qarşısında yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Yüksık sürətlə hərəkətdə olan “BMW” markalı avtomobil “VAZ 2109” markalı minik maşınına çırpılıb. Qəza nəticəsində “VAZ 2109”-un sürücüsü, 1955-ci il təvəllüdlü Rifah Mustafa oğlu Sofiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.  

Mingəçevir Dövlət Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib

29 iyun 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən vebinarda giriş sözü ilə çıxış edən MDU-nun prorektor əvəzi Veysəl Əyyubov Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib […]

Mingəçevirdə ana və iki övladı dəm qazından zəhərlənib

Mingəçevirdə zəhərlənmə hadisəsi qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsi, 41 ünvanında baş verib. Ana və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərlənərək halsız duruma düşüb. 1987-ci il təvəllüdlü ana Vəsilə Yusifova, qızı 2013-cü il təvəllüdlü Nərmin Elçin qızı Yusifli və 10-12 yaşlı daha bir qız övladı təcili xəstəxanaya çatdırılıb. Faktla […]

Mingəçevir Dövlət Universitetində “Fintech və rəqəmsal iqtisadiyyat” mövzusunda təlim keçirilib

2021-ci ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Seed” Startap Mərkəzinin təşkilatçılığı ilə “Fintech və rəqəmsal iqtisadiyyat” mövzusunda təlim keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən təlimin qonağı ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin maliyyə professoru Fariz Hüseynov olub. Təlimdə giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov müasir dövrdə cəmiyyət […]

Mingəçevir Dövlət Universitetinin təmsil olunduğu üçtərəfli təhsil-sənaye işbirliyi formatı fəaliyyətini uğurla davam etdirir

2021-ci ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində işçi qaydada ilk görüş keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə tərəfdaş qurumların strateji hədəfləri və fəaliyyət istiqamətləri, əsas ehtiyacları və əməkdaşlıqdan başlıca gözləntiləri, hazırda daha çox tələb olunan ixtisaslar və […]

Mingəçevirdə yaşıllıq ərazi yanıb

Mingəçevirdə axşam saatlarında bağlar yaşayış massivində yerləşən ərazidə yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğın Mingəçevirin ən böyük maşın təmiri müəssisəsinə bitişik ərazidə – 150 kv metrilk sahədə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə briqadası cəlb olunub. Alov söndürülüb. Yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb.

Milli Mətbuat Günü ərəfəsində 2200 manat mükafata kim sahiblənəcək?

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramının 3-cü dalğasına start verilib. 22 iyul – Milli Mətbuat Gününə həsr olunan proqramda İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən jurnalistlər, blogerlər və cəmiyyətin maarifləndirilməsinə […]

Mingəçevir Dövlət Universitetinin kollektiv üzvləri şəhid məzunun məzarını və Hərbi Qənimətlər Parkını ziyarət ediblər

2021-ci ilin 26 iyun tarixində Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və universitetin bir qrup akademik, inzibati və tələbə heyəti üzvü Bakı şəhərində səfərdə olublar. İlk öncə, İkinci Fəxri Xiyabanı ziyarət edən MDU kollektivi üzvləri universitetin şəhid məzunu Faiq Həsənovun məzarının üstünə gül dəstələri düzüb və onun əziz xatirəsini dərin […]

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin 3 iyun tarixində başlayan onlayn imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub. 16-25 iyun tarixlərini əhatə edən növbəti imtahan günlərində bakalavriat səviyyəsində 109 qrupda təhsil alan 1993 tələbənin 284 imtahanda iştirakı nəzərdə […]

Yay səhnəsində ağrılı bayram günü-FOTOLAR

Təbii ki, böyüdüb-başa çatdırdığı oğulu, uşaqlarının atasını itirmək çox ağırdır. Övladının, ərinin Vətən yolunda şəhid getdiyini, yaralandığını qəbul edənlərin içində sağalmaz bir sızıltı var. Və bu ağrı iyunun 26-da, Silahlıı Qüvvələr Günündə mükafatların təqdim olunması zamanı çılpaqlığı ilə üzə çıxdı. Şəhidin medalı kimə çatmalıdır: anaya, yoxsa gəlinə? Qanuna görə, şəhid evli olubsa, onun həyat yoldaşı,  […]