Browsing monthly archive

May 2021

Yaşasaydı,  20 yaşı olacaqdı…

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Mingəçevir şəhər sakini Məmmədov Vasif Rafael  oğlunun cənnətindəki ilk doğum günü uyuduğu Mingəçevir Şəhidlər Xiyabanında məzarı önündə qeyd olunub. Anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov çıxış edib və şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin […]

Şəhidlər Xiyabanı – Müqəddəs ziyarətgahımız

1990-cı ildən başlayaraq formalaşan, insanların müqəddəs ziyarətgahına çevrilən Şəhidlər Xiyabanı artıq böyük ərazini əhatə edir. Yaşından, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər gün yüzlərlə insan bu məbədgaha, ziyarətgaha gəlir, Vətən uğrunda döyüşlərdə öz müqəddəs borclarını layiqincə yerinə yetirərək şəhid olmuş igidlərimizin məzarları önünə gül dəstələri qoyur, ruhlarına dualar oxudurlar. Əlbəttə, bunlar yaxşı əlamətdir, vətəndaşlıq borcudur. […]

“COVID-19” virusundan necə qoruna bilərik?

Koronaviruslar ciddi patologiyalara, çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. Bu virus zoonoz infeksiya kimi heyvanlardan yoluxaraq insanlarda xəstəlik törədə bilir. Hazırda insanlara yoluxmayan, yalnız heyvanlarda rast gəlinən bir çox koronavirus tipi də mövcuddur. Yeni növ koronavirus “2019 Novel Coronavirus COVID-19” olaraq təsdiqlənmiş bu virusdan qorunmaq üçün aşağıdakıları bilməlisiniz! Yoluxma riski yüksək olan şəxslər: […]

Haqq işi uğrunda mübarizədə hər zaman qardaş Türkiyənin yanındayıq

Azərbaycan müəllimi, 26 aprel 2021-ci il Qəzetin PDF versiyası Heç bir tarixi və hüquqi əsası olmayan qondarma “erməni soyqırımı” məsələsinin gündəmə gətirilməsi böyük təəssüf hissi doğurur və ondan siyasi təzyiq vasitəsi kimi istifadə olunmasını qəbuledilməz hesab edirik. AZƏRTAC xəbər verir ki, bunu Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib. Rektor vurğulayıb ki, saxtalaşdırılmış məlumatlar və məkrli […]

Mingəçevir Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin XI elmi-praktik konfransı keçirilib

2021-ci ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) XI elmi-praktik konfransı keçirilib. Konfransda MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbə, magistr və professor-müəllim heyəti üzvləri iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov universitetdə təhsil alan tələbə və magistrantların elmi fəaliyyətə aktiv […]