Mingəçevir Dövlət Universitetində 9 May – Qələbə Gününə həsr olunan konfrans keçirilib
2021-ci ilin 8 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) faşizm üzərində Qələbənin 76-cı ildönümünə həsr olunmuş “Faşizm üzərində Qələbə milli tariximizin qəhrəmanlıq dastanıdır” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, əlamətdar tarixi gün münasibətilə universitetin professor-müəllim, inzibati və texniki […]