Browsing monthly archive

May 2021

Telefon mesajları münaqişəli ailələri davaya saldı

Goranboyda münaqişə davaya çevrilib. Lent.az-ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib. Kənd sakini Vüsal adlı şəxs keçmiş arvadı haqqında qaynı, Samux rayon sakini Elnur Abdullayevə nalayiq ifadələr yazıb. E.Abdullayev vaxtaşırı keçmiş yeznəsindən bacısı barədə gələn xoşagəlməz mesajlara son qoymaq üçün anası və bibisi ilə Vüsalın yaşadığı Goranboyun Qaradağlı kəndinə gəlib. Bu zaman münaqişə ailələr arasında […]

Mingəçevirdə siqaret üstündə başlayan mübahisə ölümlə nəticələnib

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Aydın Məmmədov küçəsi 11 ünvanda üç nəfər arasında dava düşüb. Nəticədə 1960-cı il təvəllüdlü Rizvan Məmmədov və onun dayısı, 1955-ci il təvəllüdlü Eldar Abbasov döyülüb. Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya çatdırılsa da, onlardan Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada ölüb. Bildirilib ki, […]

Yevlaxda ev yanıb

Yevlax rayonunda ev yanıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Hacıselli kəndində baş verib. Kənd sakini Hacıbaba Kərimova məxsus 3 otaqlı həyət evi əşyaları ilə birgə yanıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları yanğının qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.

EHİM-lə Azərbaycan-Britaniya Məzunları Birliyi arasında görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə Azərbaycan-Britaniya Məzunları Birliyinin (AUKAA) üzvləri arasında onlayn görüş keçirilib. AUKAA-nın İdarə Heyətinin üzvü Mədinə Paşayevanın moderatorluğu ilə keçirilən görüşdə EHİM-in direktoru Fariz Cəfərov Mərkəzin funksional öhdəlikləri və əsas fəaliyyət istiqamətləri, “ASAN Bridge” – Milli Məlumat Mübadiləsi Sistemi […]

Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib

2021-ci ilin 17-18 may tarixlərində Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Müasir informasiya cəmiyyətinin yeni çağırışları və imkanları” mövzusunda ikigünlük elmi seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk […]

Mingəçevir Dövlət Universitetinin tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Təhsil İdarəsinin birgə keçirdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Əbədiləşən şəxsiyyət” adlı onlayn şəhər müsabiqəsində müxtəlif nominasiyalar üzrə uğurlu nəticələr əldə ediblər. MDU-nun tələbələrindən şeir nominasiyası üzrə I yerə Türkan Cəfərli, II yerə Narınc […]

FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət etdi

FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət edib. Nazirlik bir neçə sadə təhlükəsizlik qaydasını vətəndaşların diqqətinə çatdırıb: –   taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin; –   sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab […]

Regional rəqəmsal hökumət portalının ilkin versiyası hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “Rəqəmsal icra hakimiyyəti” portalının ilkin versiyası hazırlanıb. Portal vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim ediləcək. Portal istifadəyə verilmədən öncə EHİM bu prosesdə vətəndaş iştirakının təmin edilməsi, […]