Browsing monthly archive

May 2021

Azərbaycanda açıq havada maskanın taxılması tələbi ləğv olunur

Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur. Marja xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib. Onun sözlərinə görə, eyni zamanda Mayın 31-dən metro açılır.  Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti də  bərpa edilir. İyunun 10-dan etibarən ölkədə fəaliyyət […]

Mingəçevir Dövlət Universiteti ilə Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

2021-ci ilin 22-23 may tarixlərində Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Dövlət Universitetinin (MDU) dəvəti ilə Mingəçevir şəhərində səfərdə olub. Nümayəndə heyətini Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşı Nəcibə Nəsibova müşayiət ediblər. Ümummilli Liderin abidəsinin önünə gül dəstələri qoyulduqdan sonra qonaqlar […]

QHT-lərə Dövlət Dəstəyi Agentliyi hansı zərurətdən yarandı və ondan gözləntilərimiz nədir?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin hansı zərurətdən yarandı? ELTV-nin “İndiki zaman” verilişində bu və digər suallar ətrafında müzakirə aparıldı. İnqilab Şirinbəylinin aparıcı olduğu verilişdə yeni Agentliyin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev və “EkoTES” İB-nin sədri Çingiz Nəzərov fikirlərini bölüşdülər.

Türkiyənin Qazi Universitetinin rektoru Mingəçevirdə

Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldızın başçılıq etdiyi nümayəndə heyəti bu gün mayın 22-də Mingəçevirə səfər edib. Heydər Əliyevin abidəsinin ziyarətindən sonra qonaqlar yerli İcra Hakimiyyətində qəbul olunub. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin dünəni və bu günü, xüsusən turizm potensialı, Türkiyənin Gölbaşı və Qars bölgələri ilə qardaşlaşması barədə danışıb. Başçı Türkiyənin həmişə, […]

Goranboyda 1 tondan artıq çətənə kolu məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Şəfəq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi 1 ton 320 kq olan 2200 […]

Mingəçevir Dövlət Universitetində gənc yazarla görüş keçirilib

2021-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı, gənc yazar Emil Xanlarovla görüşüb. Görüş zamanı E.Xanlarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə həsr etdiyi “Xalqın xidmətçisi” kitabının bir nüsxəsini rektora təqdim edib. Kitabda 44 günlük Vətən Müharibəsi, şanlı Qələbə və ondan sonrakı dövrlərdə […]

Dr. Jelisaveta Blagojevic: “Dünyanı dəyişmək istəyiriksə, ilk olaraq özümüzdən başlamalıyıq”

Mayın 20 və 21-də Avropa Şurası və AŞ-ın Bakı Ofisinin dəstəyilə Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi layihəsi şərçivəsində iki günlük onlayn təlim baş tutub. “Gender-əsaslı zorakılıq hallarının işıqlandırılması zamanı jurnalistlər üçün etik standartlar” mövzusunda təlimə müxtəlif media orqanlarından nümayəndələr qatılıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, AŞ-ın Bakı Ofisinin nümayəndəsi Vüsal […]

Yevlaxda avtomobil aşıb, xəsarət alan var

Yevlaxda avtomobil aşıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda baş verib. İdarəetmədən çıxan “VAZ 2115” markalı minik maşını yol kənarına aşıb. Avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü rayon sakini Balaşlı Elmar Mobid oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Pandemiya yükünün altında “boğulanlar”

Mingəçevir Dövlət Universiteti ilə Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq uğurla davam edir

2021-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında birgə layihə çərçivəsində növbəti qarşılıqlı mühazirələr keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirələrdə MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsini təmsil edən tələbə və magistrantlar, eləcə də akademik və inzibati heyət üzvləri iştirak edib. Giriş sözündə, ilk növbədə, MDU-nun rektoru Şahin […]

Mingəçevir Dövlət Universitetində vaksinasiya ilə bağlı maarifləndirmə və təbliğat işlərinə dair tədbir keçirilib

2021-ci ilin 20 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) vaksinasiya ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə iclas keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclasda MDU-nun struktur bölmələrinin rəhbərləri, tələbə təşkilatlarının fəalları, akademik və inzibati heyət üzvləri iştirak edib. İclasda çıxış edən MDU-nun rektoru Şahin Bayramov pandemiya şəraitində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən […]