Browsing daily archive

May 29, 2021

Lisey şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılıb

Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Texniki Humanitar Liseydə baş verib. Liseyin 7-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının ikinci mərtəbəsindən yerə yıxılıb. Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.