Browsing daily archive

May 19, 2021

Yevlaxda ev yanıb

Yevlax rayonunda ev yanıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Hacıselli kəndində baş verib. Kənd sakini Hacıbaba Kərimova məxsus 3 otaqlı həyət evi əşyaları ilə birgə yanıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları yanğının qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.

EHİM-lə Azərbaycan-Britaniya Məzunları Birliyi arasında görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə Azərbaycan-Britaniya Məzunları Birliyinin (AUKAA) üzvləri arasında onlayn görüş keçirilib. AUKAA-nın İdarə Heyətinin üzvü Mədinə Paşayevanın moderatorluğu ilə keçirilən görüşdə EHİM-in direktoru Fariz Cəfərov Mərkəzin funksional öhdəlikləri və əsas fəaliyyət istiqamətləri, “ASAN Bridge” – Milli Məlumat Mübadiləsi Sistemi […]