Browsing daily archive

May 18, 2021

Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib

2021-ci ilin 17-18 may tarixlərində Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Müasir informasiya cəmiyyətinin yeni çağırışları və imkanları” mövzusunda ikigünlük elmi seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk […]

Mingəçevir Dövlət Universitetinin tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Təhsil İdarəsinin birgə keçirdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Əbədiləşən şəxsiyyət” adlı onlayn şəhər müsabiqəsində müxtəlif nominasiyalar üzrə uğurlu nəticələr əldə ediblər. MDU-nun tələbələrindən şeir nominasiyası üzrə I yerə Türkan Cəfərli, II yerə Narınc […]

FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət etdi

FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət edib. Nazirlik bir neçə sadə təhlükəsizlik qaydasını vətəndaşların diqqətinə çatdırıb: –   taxıl zəmilərində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin; –   sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab […]

Regional rəqəmsal hökumət portalının ilkin versiyası hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “Rəqəmsal icra hakimiyyəti” portalının ilkin versiyası hazırlanıb. Portal vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim ediləcək. Portal istifadəyə verilmədən öncə EHİM bu prosesdə vətəndaş iştirakının təmin edilməsi, […]