Mingəçevir sakini mübahisə zəminində bıçaqlanıb
Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə şəhəri mərkəzi stadionu yaxınlığındakı çayxanada baş verib. Mübahisə zəminində 2004-cü il təvəllüdlü şəhər sakini Mərdanov Elmin Vüsal oğlu bıçaqlanıb. Baldır nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.