Browsing daily archive

May 12, 2021

Qadın 3-cü mərtəbədən yıxıldı

Mingəçevirdə bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, hadisə N.Nərimanov küçəsi, 41 ünvanında yerləşən binada qeydə alınıb. 1984-cü il təvəllüdlü Məmmədova İlahə Məhəmməd qızı binanın 3-cü mərtəbəsindən yıxılıb. Çoxsaylı xəsarətlər alan qadın ağır durumda  xəstəxanaya yerləşdirilib.

Atiq bulağından su içənlər onu 30 yaşındakı kimi sevəcək və sevdirəcəklər

Atiq İbrahimov İkinci Qarabağ Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biridir. 1990-cı ildə anadan olub. 2008-ci ildə Mingəçevir Türk Liseyini bitirib. Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb. Hərbi borcunu yerinə yetirdikdən sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş şəbəkəsində satış şöbəsinin nəzarətçi mühəndisi işləyib. Dəfələrlə enerji borcunu ödəyə bilməyən […]

Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər

Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri tədris planına uyğun olaraq Mingəçevir şəhərinin müxtəlif ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında təcrübə keçirlər. Mingəçevir şəhərində yerləşən 10 saylı “Qərənfil” körpələr evi-uşaq bağçasında təcrübə keçən MDU-nun tələbələri yeni təlim metodlarından istifadə etməklə tərbiyəçi-müəllimlər ilə birlikdə maraqlı tədbirlər həyata […]