Browsing daily archive

May 6, 2021

Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın bölmə iclası keçirilib

2021-ci ilin 4 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Vətən Müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfransın bölmə iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən bölmə iclasında həm MDU-nu, həm də respublikanın digər ali təhsil müəssisələrini və elmi-tədqiqat institutunu təmsil edən tədqiqatçıların məruzələri dinlənilib. MDU-nun […]

Mingəçevir Dövlət Universitetində “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

2021-ci ilin 2 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Sığorta biliklərinin formalaşdırılması” adlı dəyirmi masa keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan dəyirmi masanı giriş sözü ilə açan MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli son dövrdə universitetdə cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən aktual mövzularla bağlı çoxsaylı maarifləndirici tədbirlərin keçirildiyini diqqətə […]

Mingəçevir Dövlət Universitetində tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub

2021-ci ilin 6 may tarixində “Kapital Bank” ASC-nin Mingəçevir filialı ilə birgə əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) təhsil alan bir qrup tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub. Təqdimat zamanı çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, smart tələbə kartlarına sahib olmaları münasibətilə tələbə və magistrantları təbrik edib. Ölkəmizdə rəqəmsal ödənişlərin genişləndirilməsi […]

“Qələbə Şəhidləri” Mingəçevirə gəldi

Xəbər verdiyimiz kimi, bir qrup ziyalı ölməzliyə qovuşan şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün  “Qələbə şəhidləri” adlı silsilə kitabların  nəşrinə başlayıb. “Radius” mətbəəsində işıq üzü görən kitabın 1 və 2-ci cildləri artıq geniş oxucu kütləsinə təqdim edilib. Mayın 6-da kitabın müəllifləri Mingəçevirdə olublar. Onlar Şəhidlər Xiyabanına gələrək, 2-ci Qarabağ Müharibəsi şəhidlərinin ailə üzvlərinə baş çəkib, torpaqlarımızın azadlığı […]

Regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb. Belə ki, yerli icra hakimiyyətləri tərəfindən təqdim edilən xidmətlərdə “ASAN standartları”nın tətbiq edilməsi, o cümlədən bu xidmətlərin “ASAN standartları”nda hazırlanması və sadələşdirilməsi nəzərdə tutulub. Həmçinin, bu xidmətlərin vətəndaşlara elektron qaydada təqdim edilməsi üçün Elektron Hökumətin İnkişafı […]

Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev: Vətənimiz Azərbaycana həsr olunmuş ömür” mövzusunda dəyirmi masa keçirilib

2021-ci ilin 5 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Vətənimiz Azərbaycana həsr olunmuş ömür” mövzusunda dəyirmi masa keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunan dəyirmi masanı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov Ulu Öndərin anadan olmasının 98-ci ildönümü […]