Browsing monthly archive

May 2021

Yeniyetmələr arasında narkomaniya niyə yayılır?

Bu sorğu yeniyetmələr (18 yaş və aşağı) arasında narkomaniyanın yayılması barədə məlumat toplamaq məqsədi ilə keçirilir. Yaşı 16 və yuxarı olan hər kəs sorğuda iştirak edə bilər. Sorğuda sizin adınız və ya heç bir digər şəxsi məlumatlar alınmır. Verdiyiniz cavablar tam məxfi qalacaqdır. Xahiş edirik mümkün qədər səmimi cavab verin. Suallara cavab vermək 15 dəqiqə […]

Lisey şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılıb

Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Texniki Humanitar Liseydə baş verib. Liseyin 7-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının ikinci mərtəbəsindən yerə yıxılıb. Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevir Dövlət Universitetində 28 May – Respublika Gününə həsr edilmiş dəyirmi masa keçirilib

2021-ci ilin 27 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 28 May – Respublika Gününə həsr edilmiş “Cənubi Qafqazda yeni geosiyasət: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən dəyirmi masada giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Respublika Günü münasibətilə universitetin professor-müəllim, inzibati və texniki […]

Mingəçevir Dövlət Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr edilmiş seminar keçirilib

2021-ci ilin 27 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilmiş “Xarici dillərin tədrisi: müəllim hazırlığında müasir tendensiyalar” mövzusunda elmi-praktik seminar keçirilib. “ZOOM” platforması üzərindən online formatda təşkil edilən seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbələri və magistrantları iştirak ediblər. Seminarın açılışında Azərbaycanın qocaman […]

Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyi bir sıra peşə təhsil müəssisələri üçün “açıq qapı” günlərinə başlayıb

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi Gəncə, Cəlilabad və Şəkidə yerləşən bir sıra peşə təhsil mərkəzləri üçün “açıq qapı” günlərinin keçirilməsinə start verib. “Açıq qapı” günlərinin məqsədi peşə təhsil mərkəzləri haqqında məlumatlılıq səviyyəsini yüksəltməyə, eləcə də peşə təhsilinin gənclər üçün cəlbediciliyini artırmağa kömək etməkdir. İlk tədbir […]

Fuad Dərgahlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə icraçı direktor təyin edilib

Mayın 27-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclas zamanı ilk olaraq Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu bu vəzifəyə Fuad Dərgahlının namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək F.Dərgahlının namizədliyini yekdilliklə dəstəkləmişlər. Fuad Dərgahlı 10 mart 1974-cü ildə Bakı şəhərində anadan […]

Mingəçevir Dövlət Universitetində elmi-praktik seminar keçirilib

2021-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Bərk məişət tullantılarının idarə edilməsi: problemlər və perspektivlər” mövzusunda elmi-praktik seminar keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən seminarı giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə […]

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

2021-ci ilin 26 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan        MDU-nun rektoru Şahin Bayramov gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb. Gündəliyə uyğun olaraq, iclasda “2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” hesabat dinlənilib. MDU-nun prorektor əvəzi Veysəl Əyyubov tərəfindən […]

Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə konfrans keçirilib

2021-ci ilin 25 may tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində “Tarixi Zəfərdən sonra və postpandemiya dövründə Azərbaycan-Türkiyə turizm əməkdaşlığında yeni imkanlar” mövzusunda birgə elmi konfrans keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında iştirakçıları salamlayan AHBVU-nun rektoru Yusuf Tekin, ilk növbədə, iki qardaş ölkənin […]

Naftalanda avtomobil dərəyə aşıb

Naftalanda avtomobil dərəyə aşıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərdən Qaşaltı kəndinə gedən yolda idarəetmədən çıxan “Mercedes” markalı avtomobil aşaraq yol kənarındakı dərəyə düşüb. Müxtəlif bədən xəsarətləri alan 1990-cı il təvəllüdlü sürücü Orxan Nuriyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.