Mingəçevir sakini aptekdə ölüb
Dərman alan Mingəçevir sakini aptekdə ölüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Cəmil Əliyev keçəndə yerləşən aptekdə baş verib. Dərman almaq niyyətilə aptekə daxil olan 1958-ci il təvəllüdlü şəhər sakini İsmayılov Ramazan Tapdıq oğlu qəfil huşunu itirərək yerə yıxılıb. Onun ürək tutmasından öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.