Browsing monthly archive

Aprel 2021

Yevlaxda minik maşını aşdı, sürücü…

Yevlaxda minik maşını aşıb. Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində köhnə nəqliyyat körpüsü yaxınlığında baş verib. 31 yaşlı Hüseynov Mətləb Haqverdi oğlunun idarə etdiyi “Priora” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

Sapı özümüzdən olan baltaları da tanıyaq

İran məmləkətinin şəxsiyyəti ən çox mübahisə doğuran siyasətçilərdən biri də Mehdiqulu xan Hidayətdir. Xaraktercə həddən artıq qorxaq, ancaq, hiyləgər adam olan Hidayət tez bir zamanda siyasi nərdivanın ən yüksək pilləsinə ucala bilib. Mehdiqulu xan Əliqulu xan oğlu 1863-cü ildə Tehran şəhərində anadan olub. Tarixçi, təzkirəçi, şair, “Lələbaşı” ləqəbi ilə tanınan Rzaqulu xan Hidayətin nəvəsidir. Mehdiqulu […]

Mingəçevirdə daha bir məktəb distant təhsilə keçib

Mingəçevirdə daha bir məktəb müvəqqəti olaraq distant təhsilə keçib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, 6 saylı şəhər orta məktəbinin kollektivi arasında koronavirus infeksiyasının qeydə alınması səbəbindən təhsil ocağında ənənəvi tədris müvəqqəti olaraq dayandırılıb. Bundan sonra məktəbdə tədris distant qaydada aparılacaq.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. APA-nın Mingəçevir bürosunun məlumatına görə publik hüquqi müəssisənin direktoru Könül Ələkbərov tutduğu vəzifədən azad olunaraq paytaxtın tibb müəssisələrindən birinə təyinat alıb. Mingəçevir Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məzahir Yusifov da daxili əmrlə tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə hələlik təyinat olmayıb.

Yevlaxda avtomobil 11 yaşlı qızı vuraraq öldürüb

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində 7 saylı tam orta məktəbin yaxınlığında baş verib. “VAZ” markalı avtomobil 2009-cu il təvəllüdlü şəhər sakini Şahverdili Zəhra Elbrus qızını vuraraq öldürüb.

Mingəçevir Dövlət Universitetinin tələbə və müəllim kollektivi üzvləri şəhidlərimizin əziz xatirəsini yad ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim heyəti üzvü mingəçevirli Vətən müharibəsi şəhidləri Elmar İbrahimov və Fuad Xankişiyevin adına tikilən bulaqların açılışında iştirak edib. Qəhrəman şəhidlərimizin adını daşıyan bulaqların açılış mərasimlərində vətənpərvərlik mövzusunda şeirlər səsləndirən MDU-nun tələbə gəncləri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda canlarını fəda etmiş igid Azərbaycan övladlarının əziz xatirəsini böyük […]

Mingəçevir Dövlət Universitetində xaricdə təhsil imkanları barədə infosessiya keçirilib

2021-ci ilin 7 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində İspaniya Krallığının Valladolid universitetinə tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi ilə bağlı infosessiya təşkil olunub. “ZOOM” platforması üzərindən onlayn formatda keçirilən infosessiyada MDU-nun tələbə və magistrantları iştirak edib. İnfosessiya zamanı universitetin Beynəlxalq əməkdaşlıq ofisinin mütəxəssisləri Samirə Əhmədova və Sənan Mehdi “Erasmus+” mübadilə […]

Mingəçevir Dövlət Universitetində startap təlimi keçirilib

2021-ci ilin 10 aprel tarixində, Mingəçevir Dövlət Universitetinin (MDU) “Seed” Tələbə Startap Mərkəzi və Mingəçevir Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Simbioz” Texnoloji Biznes İnkubatorun təşkilatçılığı ilə “Qənaətcil startap metodologiyası və terminologiyası” mövzusunda təlim keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda keçirilən təlimdə çıxış edən İnnovasiyalar Agentliyinin Startaplara dəstək şöbəsinin əməkdaşı, “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin koordinatoru Camal […]

Dar ağacı da məşrutəçiləri sındıra bilmədi

Bu sənədli şəkli redaksiyamıza fəal oxucumuz və yazarımız Güləddin İsmayılov ünvanlayıb. Həmin foto rus imperiyasının nəinki öz daxilində, eləcə də qonşu ölkələrdə xalq hərakatlarının yatırılmasında fəal surətdə iştirakını, bir növ beynəlxalq jandarm rolunu oynadığını təsdiqləməkdədir. Dar ağacının da sındıra bilmədiyi bu mübariz insanların – Məşrutə hərakatı iştirakçılarının adları əbədi milli mübarizə salnaməmizə həkk olunub: Şeyx […]

Mingəçevir Dövlət Universitetin rektoru Şahin Bayramovun “Facebook” səhifəsində paylaşımı

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri! Əziz tələbələr, magistrantlar və məzunlar! Bu gün dogma universitetimizin əsasının qoyulmasından 30 il ötür. Belə ki, 1991-ci ilin 23 aprel tarixində indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mingəçevir filialı təsis olunub. Müxtəlif dövrlərdə Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adları ilə fəaliyyət göstərib. Azərbaycan […]