Browsing daily archive

Aprel 25, 2021

Mingəçevirdə daha bir məktəb distant təhsilə keçib

Mingəçevirdə daha bir məktəb müvəqqəti olaraq distant təhsilə keçib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, 6 saylı şəhər orta məktəbinin kollektivi arasında koronavirus infeksiyasının qeydə alınması səbəbindən təhsil ocağında ənənəvi tədris müvəqqəti olaraq dayandırılıb. Bundan sonra məktəbdə tədris distant qaydada aparılacaq.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. APA-nın Mingəçevir bürosunun məlumatına görə publik hüquqi müəssisənin direktoru Könül Ələkbərov tutduğu vəzifədən azad olunaraq paytaxtın tibb müəssisələrindən birinə təyinat alıb. Mingəçevir Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məzahir Yusifov da daxili əmrlə tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə hələlik təyinat olmayıb.

Yevlaxda avtomobil 11 yaşlı qızı vuraraq öldürüb

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində 7 saylı tam orta məktəbin yaxınlığında baş verib. “VAZ” markalı avtomobil 2009-cu il təvəllüdlü şəhər sakini Şahverdili Zəhra Elbrus qızını vuraraq öldürüb.