Browsing daily archive

Aprel 21, 2021

Goranboyda azyaşlını it dişləyib

Goranboyda 6 yaşlı uşağı it dişləyib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü qəsəbə sakini Məmmədov Yusif Teymur oğlu itin hücumuna məruz qalıb. Çoxsaylı dişlək xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralı uşağın vəziyyəti hazırda görülən tibbi yardım sayəsində stabilləşib. Daha sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Sumqayıt sakini Mingəçevirdə özünü su anbarına atıb

Sumqayıt sakini Mingəçevirdə intihara cəhd edib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir Su Anbarı ərazisindəki çimərlikdə baş verib. 1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İsayev Fəxrəddin İsa oğlu özünə qəsd məqsədilə özünü su anbarına atıb. Sahildə olan FHN dalğıc xilasetmə qrupunun sayıqlığı nəticəsində intiharın qarşısı alınaraq özünü öldürmək istəyən şəxs sahilə çıxarılıb. Daha sonra həmin […]