Browsing daily archive

Aprel 16, 2021

Mingəçevir Dövlət Universiteti və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib

2021-ci ilin 16 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Kiyev Milli İqtisadiyyat Universiteti (Kiev National Economic University – KNEU) arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirə məxsusi olaraq KNEU tələbələri, magistrantları, eləcə də akademik və inzibati heyət üzvləri üçün nəzərdə tutulub. ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language […]

Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüşüb

2021-ci ilin 13 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Tələbə Gənclər Təşkilatının bir qrup fəal üzvü ilə görüş keçirib. Universitetin Tələbə Gənclər Təşkilatının ötən ilki təqdirəlayiq fəaliyyətinə görə “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görüldüyünü diqqətə çatdıran rektor MDU ailəsinin gənc üzvlərinin 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə, eləcə də […]

Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatorunu qəbul edib

14 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin strukturunda yeni yaradılmış Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) koordinatoru Minayə Hüseynovanı qəbul edib. Qəbulda rektor müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən şanlı qələbədən danışıb. Ölkəmizdə şəhidlərin əziz xatirəsinin böyük ehtiramla anıldığını, dövlətimiz tərəfindən şəhid ailələrinə […]

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları COVID-19 əleyhinə peyvənd olunublar

2021-ci ilin 15 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup gənc əməkdaşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin #TəhsilÜçünVaksinasiya kampaniyasına qoşularaq könüllü şəkildə birinci doza vaksinasiya prosesindən keçiblər. Qeyd edək ki, MDU-da, ilk növbədə, yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid universitetin əməkdaşları mərhələli şəkildə peyvənd olunublar. […]