Browsing daily archive

Aprel 12, 2021

Mingəçevirdə aptek işçisini döyərək mobil telefonunu əlindən alıblar

Mingəçevir sakininə qarşı soyğunçuluq edilib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə  axşam saatlarında 2002-ci il təvəllüdlü şəhər sakini  Həsənzadə Taleh Əmrah oğlu çalışdığı aptekdən evinə gedərkən tanımadığı şəxs tərəfindən saxlanılıb. Həmin şəxs T.Həsənzadəni döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Həmçinin, hadisəni törədən şəxs onun mobil telefonunu zorla əlindən alaraq ərazidən uzaqlaşıb. T.Həsənzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı […]

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Vüqar Bayramov olub

2021-ci ilin 12 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşün qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) yaradıcısı Vüqar Bayramov olub. “Zəfərdən quruculuğa: Qarabağın iqtisadi potensialı və perspektivlər” mövzusunda keçirilən görüşün moderatoru olan MDU-nun rektoru […]

Mingəçevir sakini naməlum şəraitdə bıçaqlanıb

Mingəçevir sakini bıçaq xəsarəti alıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivində baş verib. 1985-ci il təvəllüdlü şəhər sakini Haqverdiyev Fazil Hüseyn oğlu naməlum şəraitdə qarın nahiyəsindən kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.