Browsing daily archive

Aprel 10, 2021

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə çimərliyə gedən yol istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Opel” markalı minik maşını şəhər sakini, 1940-cı il təvəllüdlü Süleymanova Adilə Əli qızını vurub. Ayaq nahiyəsindən xəsarət alan qadın hadisəni törədən şəxs tərəfindən xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralının durumu stabilləşib. Faktla bağlı araşdırma aparılır.

Piyadaların yol hərəkəti qaydalarına əməl etmələrini yoxlamaq üçün reyd keçirilib

Mingəçevir Şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti dəfə piyadaların yol hərəkəti qaydalarına əməl etmələrini yoxlamaq üçün reyd keçirib. Reyd şəhərin piyada axınının intensiv olduğu küçə və prospektlərdə təşkil olunub. Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək, öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlarla maarifləndirici söhbətlər aparılıb,  yol […]

Mingəçevirdə motosiklet dirəyə çırpılıb, sürücü ölüb

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Dəli Kür” restoranının yaxınlığında qeydə alınıb. İdarəetmədən çıxan motosiklet yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsini idarə edən, 1975-ci il təvəllüdlü Nehmətov Arif Səməndər oğlu aldığı xəsarətdən ölüb. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə restoranda toy edənlər cərimələnib

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Çinar” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, obyektin sahibi Rəşad Bəşirova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb. Polislər tərəfindən […]