Əkilən ağaclara Qələbə simvoluna çevrilən Xarı bülbül emblemi bağlanıb
Mingəçevir şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə orta məktəblərin həyətyani sahələrində şəhidlərin adlarını əbədiləşdirmək məqsədilə keçirilən ağacəkmə aksiyası aprelin 7-də 16 saylı məktəbdə davam edib. Məktəbin direktoru Sevinc Həsənova deyib ki, əkilən ağaclara Qələbə simvoluna çevrilən Xarı bülbül emblemi bağlanıb: “Vətən savaşında, minlərlə şəhid verdik. Düşmənə boyun əyməyən şəhidlərimizin adlarını bu və […]