Browsing daily archive

Aprel 3, 2021

Azərbaycan Demokrat Firqəsi adından Milli Onkologiya Mərkəzinin baş direktoru, AMEA-nın akademiki, tibb elmləri doktoru cənab Cəmil Əziz oğlu Əliyevə təbrik məktubu göndərildi

Hörmətli cənab akademik,  Öncə Sizə 1945-ci ilin sentyabrında Təbrizdə görkəmli içtimai-siyasi xadim, alovlu inqilabçı Seyid Cəfər Pişəvəri tərəfindən yaradılmış, günümüzün özündə də şanlı ənənələri ləyaqətlə davam etdirən Azərbaycan Demokrat Firqəsinin bütün üzvlərinin və tərəfdaşlarının salamlarını yetirir, ad gününüz, yubileyiniz, dövlət təltifinə layiq görülməyiniz münasibətilə hər birimizin təbriklərini, xoş duyğularını çatdırıram. Təbiidir ki, hər üç amil […]

Mingəçevirdə yeniyetmə qidadan zəhərlənib

Mingəçevirdə 12 yaşlı yeniyetmə  qidadan zəhərlənib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xan Şuşinski küçəsi, birinci döngədə qeydə alınıb. Yaşıdları ilə qida və içki  məhsulları qəbul edən 2009-cu il təvəllüdlü şəhər sakini Abdullayev Ömər Əfqan oğlu halsız vəziyyətdə düşüb. İlkin müayinə zamanı yeniyetmənin zəhərləndiyi müəyyən edilib və o, xəstəxanaya yerləşdirilib.

Mingəçevir sakini aptekdə ölüb

Dərman alan Mingəçevir sakini aptekdə ölüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Cəmil Əliyev keçəndə yerləşən aptekdə baş verib. Dərman almaq niyyətilə aptekə daxil olan 1958-ci il təvəllüdlü şəhər sakini İsmayılov Ramazan Tapdıq oğlu qəfil huşunu itirərək yerə yıxılıb. Onun ürək tutmasından öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Sirkə turşusu içən Mingəçevir sakini xəstəxanada ölüb

Sirkə turşusu içərək intihara cəhd edən Mingəçevir sakini paytaxt klinikalarından birində ölüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1960-cı il təvəllüdlü Həsənova Gülhəyət Həsən qızının həyatını qurtarmaq mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, o, Bakıdakı klinikalardan birində keçinib. Faktla bağlı araşdırma aparılır.

Üç gün əvvəl sirkə turşusundan zəhərlənən Ağdaş sakini xəstəxanada ölüb

Martın 31-də sirkə turşusundan zəhərlənərək Mingəçevir şəhər xəstəxanasına yerləşdirilən 1966-cı il təvəllüdlü Ağdaş rayon sakini İbrahimov Xaləddin Məhəmməd oğlunun həyatını xilas etmək mümkün olmayıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, həkimlərin cəhdlərinə baxmayaraq, X.İbrahimov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.