Browsing daily archive

Aprel 1, 2021

Mingəçevir Dövlət Universiteti “YAŞAT” Fonduna ianə edib

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 19 mart 2021-ci il tarixli müvafiq qərarına əsasən universitetin hesabından Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 10 (on) min manat vəsait köçürülüb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış “YAŞAT” Fondunun əsas […]

Bakı sakini Naftalanda sanatoriyada ölüb

Bakı sakini Naftalanda sanatoriyada ölüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu gün saat 8.30 radələrində şəhərdəki “Gözəl” sanatoriya kompleksində qeydə alınıb. 1958-ci il təvəllüdlü Bakı sakini Mirhəsən Mirhaltay oğlu Yusifov qəflətən otağında vəfat edib. Onun ürək tutmasından öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Yevlaxda üç uşaq atası intihar edib

Hadisə rayonun Əkşəm kəndində baş verib. Altmış yaşlı kənd sakini Abdullayev Qeysər Abdulla oğlu naməlum səbəbdən yaşadığı evin həyətində özünü asıb. İntihar edən şəxs üç qız atasıdır. Faktla bağlı rayon Prokurorluğu araşdırma aparır.

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qazançı kənd sakini Saqif Atayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin  mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə,  polis əməkdaşları dərhal onun rayon […]