Browsing monthly archive

Aprel 2021

EHİM data yarışmasının qaliblərini mükafatlandırıb

30 aprel tarixində “Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfansı çərçivəsində keçirilən data yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının və texnologiya şirkətlərinin rəhbərləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov süni intellekt sahəsində texnologiyaların inkişafı ilə bağlı dünyada çağırışlara adaptiv reaksiyaların vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə ölkəmizdəki […]

Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlığa start verilib

2021-ci ilin 29 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVÜ) arasında əməkdaşlıq çərçivəsində silsiləvi mühazirələrin keçirilməsini nəzərdə tutan birgə layihənin açılış mərasimi keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun rektorunun müşaviri Hamiz Mahmudov, ilk növbədə, iştirakçılara rektor Şahin Bayramovun salamlarını çatdırıb. 15 […]

Mingəçevir Dövlət Universitetində akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

28 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Zərifə Əliyeva ömrünün işığı” mövzusunda tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru Şahin Bayramov Azərbaycan tibb elmində özünəməxsus yeri olan akademik Zərifə Əliyevanın keçdiyi zəngin və […]

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2021-ci ilin 27 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb. Gündəliyə uyğun olaraq iclasda, “Tədrisin keyfiyyətinin mövcud vəziyyəti haqqında”, “Pedaqoji fakültənin fəaliyyəti haqqında”, “Dövlət imtahanı, buraxılış işi və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti […]

Mingəçevir Dövlət Universitetində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

24 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsinin tərkibində fəaliyyət göstərən “Xarici dillər” kafedrasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil edilən tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının və Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim kollektivi üzvləri də qonaq qismində […]

Mingəçevir Dövlət Universitetində “Gəl layihə yazaq!” adlı təlim keçirilib

2021-ci ilin 23-25 aprel tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Gəl layihə yazaq!” adlı təlim keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən və üç gün davam edən təlimdə MDU-nun müəllimi, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin koordinatoru Samrin Xanlayev  tələbələri maraqlandıran bir çox məqamlara […]

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə rəqəmsal formatda baş tutan “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) mövzusunda beynəlxalq konfrans davam edir. Tədbirin ikinci günündə ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən “Gələcəyi birlikdə şəkilləndirək” mövzusunda açılış nitqlərində Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov […]

Mingəçevir stadionunda 53 yaşlı çinar kökündən qopub, divarı qopardı

Aprelin 27-də saat 17 radələrində Mingəçevir stadionunda 30 metr hündürlüyündə çinar ağacı kökündən qoparaq, ərazinin ətrafındakı hasarın bir hissəsini uçurub. Xoşbəxtlikdən yaxınlıqda insanlar və nəqliyyat vasitələri olmayıb. Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri  dərhal hadisə baş verən əraziyə gələrək, qəzanın nəticələrini aradan qaldırmağa çalışıblar. İdarənin motomişarçısı Tərlan Hüseynovun dediyinə görə, təxminən 53 yaşı olan […]

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilir

26 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda həyata keçirilən “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) konfransının açılış mərasimi keçirilib. Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Avropa Şurasının İnformasiya Cəmiyyəti və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin direktoru Yan Kleyssen və EHİM-in […]