Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib
2021-ci ilin 4 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Maliyyə savadlılığının artırılması: nağdsız hesablaşmalar və onların təşkili formaları” mövzusunda nəzəri-praktik seminar keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın hərtərəfli inkişaf strategiyasının hazırda ölkə başçısı tərəfindən yeni dövrün […]