Browsing monthly archive

Mart 2021

Üzeyir bəyin adını daşıyan 11 illik musiqi məktəbinin uğurları artır

Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdində olan Mingəçevirdəki Ü. Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi pandemiya dövründə də məhsuldar işləyib. Məktəbin bütün şagirdləri onlayn dərslərə qoşulub. Müəllimlər müəyyən səbəblərdən dərslərə qoşula bilməyən şagirdlər üçün videodərslər hazırlayıb, telefonlarına göndəriblər. Məktəbin internet səhifələrində mədəniyyət xəbərləri, görkəmli bəstəkar və sənət adamları haqqında maarifləndirici videoçarxlar hazırlanıb, paylaşılıb. Bu barədə […]

Mingəçevirdə yaşayış binasında yanğın olub

Mingəçevirdə yaşayış binasında yanğın qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında N.Nərimanov küçəsində yerləşən 8 saylı binanın 3-cü mərtəbəsində baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən  lokallaşdırılıb. Xəsarət alan yoxdur.

Mincəçevirdə 10-cu sinif şagirdi itkin düşüb

Mingəçevirdə 10-cu sinif şagirdi itkin düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, dünən günorta saatlarında Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı Rayon Polis Şöbəsinə məlumat verilib. R. Abbasovun atası Məhərrəm Abbasovun verdiyi məlumata gör, oğlu dünən M.Ə.Sabir […]

Meksika Azərbaycan əlaqələri müzakirə olunub

Martın 4-də Meksikanın Azərbaycandakı Səfirliyi Azərbaycan-İberoamerika Düşüncə Mərkəzilə birlikdə iki ölkə arasında 29 illik diplomatik əlaqələrin yaranmasına dair video konfrans keçirib.   Konfransda iştirak edən Azərbaycan-İberoamerika Düşüncə mərkəzinin sədri Mahir Qurbanov qeyd edib ki, “Azərbaycan Meksika ilə münasibətlərə və əməkdaşlığa fayda verən hərtərəfli qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır: “Azərbaycan-Meksika münasibətlərinin təməli Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən qoyulub. […]

Mingəçevirli Səxavət Məmmədov Ağdaş Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub

Mingəçevir Dram Teatrının direktoru Səxavət Məmmədov yeni vəzifəyə irəli çəkilib. O, Ağdaş Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub. S.Məmmədov bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub və Premier Production MMC-yə rəhbərlik edib. Sonralar Yevlax şəhərində fəaliyyət göstərən ArbAran televiziyasında Layihələr departamentinin rəhbəri, Mingəçevir Dövlət Dram Teatrında isə direktor vəzifəsində çalışıb. Uğurlar, Səxavət bəy!

Zorakılığa qarşı qanunvericilik bazası kifayət qədərdir, lakin təcrübədə qanunlar işlək deyil

Martın 5-də “Qadın  Hüquqları – Türkiyə və Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər və mövcud çətinliklər” mövzusunda onlayn seminar keçirilib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Zülfiyyə Quliyeva iştirakçıları salamladıqdan sonra qurumun Ali Komissarı Mişel Başeletin Beynəlxalq Qadınlar Gününün əhəmiyyətindən, qadın liderliyindən  bəhs edən video müraciəti dinlənilib. Seminarda Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yaqubova […]

Mingəçevirdə bir gündə 4 avtomobil qaçıran keçmiş məhkum saxlanılıb

Mingəçevirdə üç “VAZ 2106” markalı avtomobilin naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığı barədə Polis Şöbəsinə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-istintaq  tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də bir neçə dəfə məhkum olunmuş, Mingəçevir şəhər sakini Ceyhun Nəsirov tutularaq […]

Mingəçevirli gənc atalar övladlarını sevirmi?

“ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi çərçivəsində 1-2 mart 2021-ci ildə Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Mingəçevirdə, Heydər Əliyev Mərkəzində gənc atalar üçün seminarlar keçirilib. Onlar gender stereotipləri və sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ata və ananın ailədəki davranışları […]

Mingəçevir Dövlət Universitetinin “Dayanıqlı İnkişaf” adlı elmi jurnalı qeydiyyata alınıb

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 7 dekabr 2020-ci il tarixli müvafiq qərarı ilə təsis edilmiş “Dayanıqlı İnkişaf” adlı elmi jurnal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Bu, universitetin tarixində ilk müstəqil elmi jurnal hesab edilir. İlkin mərhələdə jurnalın ildə dörd dəfə nəşr edilməsi nəzərdə tutulub. MDU-nun rektoru Şahin Bayramovun baş redaktorluğu ilə çap […]

Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb

2021-ci ilin 4 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alan bir qrup mingəçevirli tələbə və magistrantla görüş keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşü açan BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev tədbirin MDU-nun təşəbbüsü ilə keçirildiyini bildirib və son dövrlərdə iki […]