Browsing monthly archive

Mart 2021

Mingəçevir Dövlət Universiteti və KTO Karatay Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

2021-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Konya şəhərində yerləşən KTO Karatay Universitetini ziyarət edib. Ziyarət çərçivəsində Ş.Bayramov Konya Ticarət Odasının (KTO) idarə heyətinin sədri Selçuk Öztürk və KTO Karatay Universitetinin rektoru Bayram Sade ilə görüşüb. Görüşdə S.Öztürk Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluğun və […]

Mingəçevir Dövlət Universitetinin məzunu olan Vətən Müharibəsi qazisinin nigah mərasimi keçirilib

2021-ci ilin 17 mart tarixində Mingəçevir “ASAN xidmət” mərkəzində Vətən Müharibəsi qazisi Elçin Abduləzimovun nigah mərasimi təşkil olunub. Ailə həyatı quran hər iki gənc 2016-2020-ci illərdə Mingəçevir Dövlət Universitetinin (MDU) bakalavriat səviyyəsində İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alıblar. Gənclərin nigah mərasimində MDU-nun bir qrup əməkdaşı da iştirak edib. Vətən müharibəsində qazandığımız tarixi Zəfərdə pay […]

Mingəçevir Dövlət Universitetində “Yurdumuza bahar gəlir” mövzusunda bayram tədbiri keçirilib

2021-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Yurdumuza bahar gəlir” mövzusunda tədbir keçirilib. “21 mart – Beynəlxalq Novruz Günü” münasibətilə təşkil olunan tədbir ilaxır çərşənbəsi gününə təsadüf edib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən bayram tədbirini MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova açıb. Tədbir iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran […]

“QƏLƏBƏ ŞƏHİDLƏRİ” KİTABININ BİRİNCİ CİLDİ İŞIQ ÜZÜ GÖRDÜ

İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycanın Qalib Prezidenti, Fateh Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətindən sonra Vətənin bütün fədakar oğulları ölkə başçısının ətrafında vahid dəmir yumruq kimi birləşərək 44 gün ərzində 30 illik işğala son qoydular, əzəli, əbədi torpaqlarımız olan Qarabağı azad etdilər. Bütöv Azərbaycan gəncliyi üçrəngli bayrağa və silaha sarılaraq ayağa qalxdı. Neçə-neçə oğullar […]

Mingəçevir Dövlət Universitetinin rektoru Ankara Hacı Bayram Veli Universitetini ziyarət edib

2021-ci ilin 15 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Ankara şəhərində yerləşən Hacı Bayram Veli (AHBV) Universitetinin rektoru Yusuf Tekin ilə görüşüb. MDU-nun nümayəndə heyətini səmimi salamlayan Y.Tekin, ilk növbədə, 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi zəfər münasibətilə qonaqları təbrik edib. AHBV Universitetinin 2018-ci ildə Türkiyənin köklü […]

Mingəçevir Dövlət Universiteti Qazi Universiteti ilə əməkdaşlıq edəcək

2021-ci ilin 15 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyə Respublikasına səfəri çərçivəsində Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldız ilə görüşüb. MDU-nun nümayəndə heyətini Qazi Universitetində salamlamaqdan məmnun olduğunu vurğulayan M.Yılmaz qardaş Azərbaycana olan sonsuz sevgisini bildirib və qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına hazır olduğunu diqqətə çatdırıb. M.Yılmaz əsası 1926-cı […]

Pi, sən çox möhtəşəmsən!

Bayaqdan çevrələr düzəldib uzunluğunu və diametrini ölçməyə çalışıram ki, Pi-ni təyin edim, hər dəfəsində fərqli qiymətlər aldım, amma 3 rəqəmi hər dəfə alındı, vergüldən sonra isə cəmi bir dəfə 1 alındı, o biri dəfələr 5, 6, 7 alındı. Bir dəfə hətta 3, 65 aldım və bölünmə bitdi. Görünür daha dəqiq ölçmələr aparmaq gərəkir. Bu təcrübəni […]

Pandemiyanın regionlarda həssas qruplara təsiri necə olub?

İqtisadi Forum. Marşall Fondu və Regional Əməkdaşlıq üçün Qara Dəniz Təşkilatının sponsorluğu ilə 05 mart 2021-ci ildə “Pandemiyanın regionlarda həssas qruplara təsiri” mövzusunda müzakirə aparıb.  Sahibkarlığa və Bazar İqtisadiyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırovun . moderatorluq etdiyi müzakirəyə Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev,  Bərdədən olan (müstəqil araşdırmaçı Ülviyyə Babasoy  və “Mingəçevir […]

27 yaşını cənnətdə qeyd edən şəhidimiz

Şəhidimizin cənnətdəki ilk doğum gününü ailə üzvləri, 2 fidan körpəsi, dostları və döyüş yoldaşlarının iştirakı ilə keçirilib. Öncə döyüş yoldaşları Şəhidin həyat yoldaşı və övladları ilə görüşüblər. Pərvin Həmidovun komandiri Şahmar Cəlilov və döyüş yoldaşları onun qorxmazlığından, qəhrəmanlığından, sonsuz Vətən sevgisindən,dostları arasında qazandığı hörmətdən danışıblar. Onunla bağlı xatirələrini dilə gətirən döyüş dostları göz yaşlarına hakim […]

Azərbaycanda karantin rejimi sərtləşdirilir?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi mətbuat orqanlarında, sosial şəbəkələrdə bayram ərəfəsində qurumun karantin rejimini sərtləşdirəcəyi ilə bağlı iddialara münasibət bildirib. Qurum karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulunun birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ olmadığını açıqlayıb. Qeyd olunub ki, koronavirusla əlaqədar qapanma və yaxud […]