Browsing monthly archive

Mart 2021

Mingəçevir Dövlət Universiteti Qazi Universiteti ilə birgə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konfrans keçirəcək

6 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş birgə konfrans keçiriləcəkdir. “Zoom” platforması üzərindən onlayn formatda təşkil ediləcək konfransda Qazi Universitetinin rektoru Musa Yıldız və MDU-nun rektoru Şahin Bayramovun açılış nitqlərindən sonra […]

Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəis təyin olunub

8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəis təyin olunub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, bir müddət öncə öz ərizəsinə əsasən vəzifəsindən azad olunan idarə rəisi Fazil Şükürovun əvəzinə yeni təyinat olub. 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Rafiq Ədilov rəis təyin edilib. Qeyd edək ki,  bundan öncə Rafiq Ədilov […]

Mingəçevirdə mikroavtobus piyadanı vurub

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Müslüm Maqomayev küçəsində baş verib. “Ford” markalı yük daşıyan mikroavtobus yolu keçmək istəyən, şəhər sakini 1977-ci il təvəllüdlü  Məmmədova Zemfira Məmməd qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Yevlaxda keçmiş məhkumlardan narkotik və silah götürülüb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini Hüseyn Mustafayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 bükümdə heroin aşkar olunaraq götürülüb. Mustafayevin ətrafında […]

Mingəçevirdə kişi özünü Kürə atıb

Martın 22-də Mingəçevirdə intihara cəhd olub. APA-nın yerli bürosunun məlumatına görə, bu, 1954-cü il təvəllüdlü şəhər sakini Bayramov Qəzənfər Əlləz oğludur. Q. Bayramov xəstəxanada həkim nəzarəti altındadır. Qeyd edək ki, batmaqda olan kişini iki gəzinti qayığını idarə edən şəxslərin çevik müdaxiləsi nəticəsində xilas etmək mümkün olub. Qayıqçılar Qardaşəli İmanov və Fərid Əkbərovun birgə səyi nəticəsində Q. Bayramov […]

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları və tələbələri Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

2021-ci ilin 20 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup gənc əməkdaşları və tələbələri Novruz bayramı münasibətilə Vətən müharibəsi şəhidləri Şahmar Məmmədov, Əli Rzayev, Niyazi İsgəndərov, Tural Həsənov, Musa Həsənov və Məhəmməd Məhəmmədlinin ailələrini ziyarət ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, onların övladlarına bayram sovqatları təqdim olunub. Şəhid […]

Mingəçevir Dövlət Universitetində Novruz bayramı münasibəti ilə tədbir keçirilib

2021-ci il 19 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş “Xarı Bülbül ətirli Novruz” adlı tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə, ilk növbədə, MDU-nun rektoru Şahin Bayramovun universitetin tələbə gənclərinə təbriki çatdırılıb. Tədbirdə tələbələr şanlı qələbəmiz nəticəsində xalqımızın mədəniyyətini, milli-mənəvi varlığını özündə […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

2021-ci ilin 20 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Novruz bayramı münasibətilə Vətən müharibəsində şəhid olmuş MDU-nun məzunları Əzəmi Hüseynov, Kənan Abdullayev və Oruc Nəcəflinin, atası şəhid olmuş tələbə Yunis  Əhmədlinin, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Ailə üzvləri ilə […]

Mingəçevir Dövlət Universiteti Erasmus+ layihəsinin açılış tədbirində təmsil olunub

2021-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) “Erasmus+” proqramı çərçivəsində qalib elan edilmiş “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) adlı layihənin açılış tədbirində təmsil olunub. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə layihənin […]

Mingəçevir Dövlət Universitetində UNEC ilə əməkdaşlıq çərçivəsində “Kompüter şəbəkələrinin əsasları” mövzusunda təlim keçirilib

2021-ci ilin 18 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq çərçivəsində MDU-nun tələbə və magistrantları üçün “Kompüter şəbəkələrinin əsasları” mövzusunda təlim keçirilib. Təlimçi, UNEC-in İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin əməkdaşı Həsən İsmayılov “Multimedia xidmətləri”, “Audio, video, multimedia işinin təşkili və idarə olunması”, “Elektron dərsliklərin və video materialların […]