Browsing daily archive

Mart 30, 2021

Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstək üçün daha bir layihənin icrasına başlanılıb

Avropa İttifaqının mailiyyə dəstəyi ilə Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin və onların təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı dövlət qurumlarının dəstəklənməsi sahəsində daha bir layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Litva və Avstriyadan olan ekspertlər komandası tərəfindən qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq qanunvericiliyin, istiqamətləndirmə mexanizmlərinin və məişət zorakılığından zərərçəkmiş şəxslərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində işin aparılması nəzərdə tutulub. […]

Mingəçevirdə qadın dəm qazından boğulub

Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi 8/5 ünvanında yerləşən mənzillərdən birində qeydə alınıb. Orada yaşayan, 1987-ci il təvəllüdlü Bayramzadə Əfsanə İlyas qızı hamamda dəm qazından boğularaq ölüb. Faktla bağlı şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

“XIII post” adlı qısametrajlı film ictimaiyyətə təqdim edilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İşıqlı Gələcək” GİB tərəfindən həyata keçirilən “XIII post” layihəsi çərçivəsində hazırlanan eyniadlı qısametrajlı film ictimaiyyətə təqdim edilib. Vətən müharibəsi hadisələri ilə bağlı hazırlanan, könüllülərin iştirakı ilə çəkilən filmin ssenari müəllifi və rejissor Fərid Zülfüqardır. Filmin çəkilişləri Mingəçevir və ətraf ərazilərdə baş tutub. Qeyd edək ki, layihənin əsas məqsədi […]