Mingəçevirdə mikroavtobus piyadanı vurub
Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Müslüm Maqomayev küçəsində baş verib. “Ford” markalı yük daşıyan mikroavtobus yolu keçmək istəyən, şəhər sakini 1977-ci il təvəllüdlü Məmmədova Zemfira Məmməd qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.