Browsing daily archive

Mart 20, 2021

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

2021-ci ilin 20 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Novruz bayramı münasibətilə Vətən müharibəsində şəhid olmuş MDU-nun məzunları Əzəmi Hüseynov, Kənan Abdullayev və Oruc Nəcəflinin, atası şəhid olmuş tələbə Yunis  Əhmədlinin, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Ailə üzvləri ilə […]

Mingəçevir Dövlət Universiteti Erasmus+ layihəsinin açılış tədbirində təmsil olunub

2021-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) “Erasmus+” proqramı çərçivəsində qalib elan edilmiş “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) adlı layihənin açılış tədbirində təmsil olunub. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə layihənin […]

Mingəçevir Dövlət Universitetində UNEC ilə əməkdaşlıq çərçivəsində “Kompüter şəbəkələrinin əsasları” mövzusunda təlim keçirilib

2021-ci ilin 18 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq çərçivəsində MDU-nun tələbə və magistrantları üçün “Kompüter şəbəkələrinin əsasları” mövzusunda təlim keçirilib. Təlimçi, UNEC-in İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin əməkdaşı Həsən İsmayılov “Multimedia xidmətləri”, “Audio, video, multimedia işinin təşkili və idarə olunması”, “Elektron dərsliklərin və video materialların […]

Mingəçevir Dövlət Universitetində “Müasir dünyada miqrasiya prosesləri: Azərbaycan reallığı kontekstində” mövzusunda təlim keçirilib

2021-ci ilin 19 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Müasir dünyada miqrasiya prosesləri: Azərbaycan reallığı kontekstində” mövzusunda maarifləndirci təlim keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan təlimdə MDU-nun bir qrup akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Təlimçi, Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional idarəsinin əməkdaşı Faiq Məmmədov dünyada baş verən miqrant axınları, […]

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

19 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk öncə, MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə, magistrant və məzunlarını Novruz bayramı münasibətilə təbrik edib. Sonra gündəlikdə dayanan məsələlər diqqətə çatdırılıb. İclasın gündəliyinə uyğun olaraq, […]