Browsing daily archive

Mart 13, 2021

27 yaşını cənnətdə qeyd edən şəhidimiz

Şəhidimizin cənnətdəki ilk doğum gününü ailə üzvləri, 2 fidan körpəsi, dostları və döyüş yoldaşlarının iştirakı ilə keçirilib. Öncə döyüş yoldaşları Şəhidin həyat yoldaşı və övladları ilə görüşüblər. Pərvin Həmidovun komandiri Şahmar Cəlilov və döyüş yoldaşları onun qorxmazlığından, qəhrəmanlığından, sonsuz Vətən sevgisindən,dostları arasında qazandığı hörmətdən danışıblar. Onunla bağlı xatirələrini dilə gətirən döyüş dostları göz yaşlarına hakim […]

Azərbaycanda karantin rejimi sərtləşdirilir?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi mətbuat orqanlarında, sosial şəbəkələrdə bayram ərəfəsində qurumun karantin rejimini sərtləşdirəcəyi ilə bağlı iddialara münasibət bildirib. Qurum karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulunun birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ olmadığını açıqlayıb. Qeyd olunub ki, koronavirusla əlaqədar qapanma və yaxud […]

“AS Group İnvestment” MMC Vətən Müharibəsi şəhidinin ailəsinə 3 otaqlı mənzil hədiyyə etdi

“AS Group İnvestment” MMC Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan çavuşNiyazi İsgəndərovun Mingəçevir şəhərində yaşayan ailəsinə Park Residence Yaşayış binasından sahəsi 96 kvadrat metr olan3 otaqlı mənzil hədiyyə edib. Şirkətin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri10 mart 2021-ci il tarixində şəhidin Mingəçevir şəhərində, yataqxanada yaşayan ailəsilə görüşərək onlara mənzil sənədlərini təqdim ediblər. “AS […]

Mingəçevir Dövlət Universitetinin rektoru Türkiyənin Özyeğin Universitetində olub

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində İstanbulda yerləşən Özyeğin Universitetini (ÖZÜ) ziyarət edib. 2007-ci ildə yaradılan və 2011-ci ildən müasir standartlara cavab verən kampusda fəaliyyət göstərən ÖZÜ Türkiyənin yeni dövr universitetlərindən biri hesab olunur. ÖZÜ-nün rəhbər heyəti ilə görüşən Ş.Bayramov yaşıl kampusda yerləşən tədris binaları, tələbə ofisləri, biznesin inkişafı və […]

Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr olunmuş seminar keçirilib

12 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) doktorant, dissertant və gənc tədqiqatçıların iştirakı ilə “Elm Gününə” həsr edilmiş elmi-nəzəri seminar keçirilib. Seminarda universitetin professor-müəllim və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən seminarda MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin prorektor əvəzi Veysəl Əyyubov “Elm […]

Mingəçevir Dövlət Universiteti ilə Yıldız Teknik Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

2021-ci ilin 12 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində İstanbulda yerləşən Yıldız Teknik Universitetinin (YTU) rektoru Tamer Yılmazla görüşüb. Nümayəndə heyətini səmimi salamlayan T.Yılmaz dost Azərbaycanı təmsil edən MDU ilə əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib və bu sahədə bütün zəruri dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. 110 illik inkişaf […]