Browsing monthly archive

Fevral 2021

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Mingəçevir Dövlət Universitetində Karyera Mərkəzinin yaradılmasına dəstək göstərir

Mingəçevir Dövlət Universitetində (MDU) Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən Azərbaycanda həyata keçirilən “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” proqramının (EPİC) ekspertləri Jalə Ələkbərova, Günel Mustafayeva və Nicat Qarayev ilə görüş keçirilib. Görüşdən əvvəl, EPİC proqramı çərçivəsində MDU-da […]

Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla yekunlaşıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla başa çatıb. Azərbaycan Respublikasının Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 11 dekabr 2020-ci il tarixli müvafiq əmrinin tələbləri əsasında təşkil olunan bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən distant (məsafədən) formada baş tutub. 2021-ci ilin 11 yanvar – 6 fevral tarixlərində şifahi […]

Dövlət Turizm Agentliyinin nümayəndə heyəti Mingəçevirdə

Dekabrın 9-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmitinin təhbərliyi ilə nümayəndə heyəti  Mingəçevirdə olub.  Onlar su anbarının sahil zolağına, Kür çayının sahilinə və digər turizm rekreasiyalarına baxış keçirib, ulu öndərin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. Qonaqları qəbul edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov […]

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib. Videokonfrans formatında təşkil olunan və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi görüşün əsas məqsədi Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” sisteminin videoqeydiyyat imkanının təqdim edilməsi olub. Azərbaycan İnternet Forumunun prezidenti, İctimai […]

Region mediası niyə diqqətdən kənardadır?

Fevralın 6-da  ELTV-nin “İndiki zaman” proqramında region mediasının mövcud durumu ilə bağlı maraqlı müzakirə keçirildi. Bölgə KİV-lərinin problemlərini və yein yaradılan Media Agentliyindən gözləntiləri verilişin aparıcısı İnqilab Şirinbəyli “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və şair-publisist Elşən Əzimlə birlikdə müzakirə etdi.  

Ağdaş sakini sirkə turşusundan zəhərlənərək ölüb

Ağdaşda sirkə turşusundan zəhərlənən qız xəstəxanada dünyasını dəyişib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, mərhum 2001-ci il təvəllüdlü Ağdaş rayon sakini Əminə Xankişiyevadır. Hadisə Ağdaş rayonu ərazisində baş versə də, ölüm faktı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. Qız yaşadığı ərazidə naməlum səbəbdən sirkə turşusu içərək zəhərlənib. Ağır vəziyyətdə olan xəstə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. […]

Ömrünün 30 ilini qardaş ölkədə yaşayan Aygün Attar məsul vəzifəyə irəli çəkildi

Azərbaycanlı alim, professor Aygün Attar Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü təyin olunub. Prezident Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı ölkənin “Resmi Gazete”sinin 06  fevral 2021-ci il tarixli nömrəsində dərc olunub: “Cumhurbaşkanı Recep Tayyip Erdoğan’ın imzasıyla yayımlanan atama kararına göre, Cumhurbaşkanlığı Güvenlik ve Dış Politikalar Kurulu üyeliğine Cumhurbaşkanlığı Teşkilatı Hakkında Cumhurbaşkanı Kararnamesi’nin […]

Mingəçevir sakini dəm qazından zəhərlənib

Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.  APA-nın yerli bürosunun məlumatına görə, hadisə bağlar yaşayış massivində baş verib. 1952-ci il təvəllüdlü Vəliyev Nəriman Hacımməd oğlu yaşadığı fərdi təsərrüfatda dəm qazından zəhərlənib. Zəhərlənən şəxs xəstəxanaya yerləşdirilib.

COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbəyə necə yazılmaq olar?

COVİD-19 xəstəliyi əleyhinə peyvənd olunmaq üçün elektron xidmətdən istifadə etməklə onlayn növbəyə yazıla bilərsiniz. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin its.gov,az veb səhifəsinə girib, menyunun  vətəndaşlar üçün bölümündən E-xidmətləri seçirsiniz. Və ardınca  COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə hissəsini tıklayırsınız. Oxucularımıza asan olması üçün biz bu prosesi bir qədər sadələşdirməyə çalışmışıq. Ən rahat […]