Browsing monthly archive

Fevral 2021

Əsas iqtisadi və sosial göstəricilər

Sənaye müəssisələri tərəfindən 2020-ci ilin yanvar-dekabr aylarında faktiki qiymətlərlə 294311,9 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 8,7 faizi emal sektorunda, 89,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda […]

MDU əməkdaşı vaksinasiyanın önəmindən danışıb

”Fevralın  ayının 8-i Mingəçevir Şəhər Mərkəzi xəstəxanasında mənə COVID-19 əleyhinə ilk vaksin vurulub. Vaksin vurulduqdan sonra heç bir problemim olmadı”. Bu sözləri Mingəçevir Dövlət Universitetinin (MDU) “Humanitar fənlər” kafedrasının müəllimi Mirzə Cavadov deyib. Azərbaycanın koronavirusa qarşı peyvənd əldə edən ilk ölkələr sırasında olmasını həyati vacib nailiyyət kimi qiymətləndirən Mirzə müəllim genişmiqyaslı vaksinasiyanın ənənəvi təhsilin bərpasında da […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid məzunların ailələrini ziyarət ediblər

2021-ci il 15 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Vətən müharibəsində şəhid olan universitetin mingəçevirli şəhid məzunları Əzəmi Hüseynov və Kənan Abdullayevin ailələrini ziyarət ediblər. Ailə üzvləri ilə görüşlərdə MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran “Humanitar fənlər” kafedrasının müdiri Esmira Cəfərova şəhid məzunlarımızın Vətən müharibəsi zamanı göstərdikləri şücaətlər, onların şərəfli həyat yolları […]

Mingəçevir Dövlət Universitetinin rektoru tələbələrlə görüşüb

2021-ci il 15 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari tədris ilinin yaz semestrinin başlanması ilə əlaqədar olaraq bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirib. “Microsoft Teams” platforması üzərindən onlayn təşkil edilən görüşdə payız imtahan sessiyasının uğurla yekunlaşmasını və yaz semestrinə start verilməsini qeyd edən rektor mövcud qaydalara uyğun olaraq […]

Mingəçevir Dövlət Universitetində akademik heyətlə görüş keçirilib

2021-ci ilin 15 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin professor-müəllim heyəti ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə rektor  2020/2021-ci tədris ilinin payız imtahan sessiyasının müvəffəqiyyətlə başa çatması münasibətilə universitet kollektivini təbrik edib və elmi-pedaqoji fəaliyyətlərində onlara uğurlar arzulayıb. MDU-da bütün struktur bölmələrin […]

Mingəçevirdə qadın özünü Kürə atıb

Mingəçevirdə intihara cəhd olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Ağdaş sakini, 1992-ci il təvəllüdlü Ə.L. özünü körpüdən Kür çayına atıb. Ətrafdakı insanların köməyi ilə qadın xilas edilərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

Mingəçevirdə kütləvi dava olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, bir qrup şəxs arasında düşən davada 3 nəfər bıçaqlanıb. Bıçaq xəsarətləri alan – 1986-cı il təvəllüdlü İbişov Çingiz İsmayıl oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Ramin Əliheydər oğlu və 1980-ci il təvəllüdlü Əmirov Elçin Aydın oğlu xəstəxanaya yerləşdiriliblər. Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə müştərilərə qəlyan verən çay evi cərimələnib

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərar və göstərişlərin icrası ilə əlaqədar polis əməkdaşları tərəfindən nəzarət tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Arena” çay evində karantin qaydalarının […]

Zəfərimizin 100 günü

Mingəçevir Gənclər Evi və minfo.az  portalının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərə Gedən Yol” layihəsi davam edir. Zəfərimizin 100 günü ərəfəsində layihənin növbəti qonaqları İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Ordumuzun sıralarında düşmənə qarşı mübarizə aparan şəhərimizin və ailəmizin qəhrəmanları olub. Görüş Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə […]