“ATAM MƏNİ SEVİR-– Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi Qaxda və Mingəçevirdə
BMT-nin Əhali fondu (UNFPA Azerbaijan) ilə birgə həyata keçirdiyimiz “ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi çərçivəsində paytaxt və regionlarda vörkşoplara (seminarlara) start veririk. Növbəti günlərdə Qax rayonunda və Mingəçevir şəhərində olacağıq. Uzunmüddətli virtual görüşlərdən sonra fiziki təlimlərə start veririk. 10 nəfərdən ibarət 2 qrup olmaqla hər qrup üçün seminarlar 1 gün keçiriləcək. […]