Browsing daily archive

Fevral 24, 2021

Goranboyda nənə və nəvə qazdan zəhərlənib

Goranboy rayonunda iki nəfər dəm qazından zəhərlənib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Balakürd kəndində baş verib. 1958-ci il təvəllüdlü kənd sakini Kazımova Nailə Süleyman qızı və onun 2013-cü il təvəllüdlü nəvəsi Hüseynova Mələk Hüseyn qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Məlumata görə, zəhərlənməyə evdə düzgün quraşdırılmamış qaz sobası […]

“XIII post” filminin çəkilişləri davam edir

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi “XIII post” layihəsinə start verib. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin əsas məqsədi bugünkü gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların Vətənə bağlılığının gücləndirilməsi ilə bərabər bundan gələcək nəsillərin də faydalanmasına şərait yaratmaqdır. Layihə çərçivəsində gənclərdə milli-mənlik şüurunun formalaşdırılması, onlarda vətənpərvərlik hislərinin gücləndirilməsi, gənclərlə yanaşı digər yaş qruplarından […]

La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb

2018-ci ildə İtaliyanın La Sapienza Roma Universitetinin “İnkişaf və Beynəlxalq Əməkdaşlıq Elmləri” magistr proqramı üzrə məzunu olan Sənan Mehdi Mingəçevir Dövlət Universitetinin (MDU) Beynəlxalq əməkdaşlıq ofisində fəaliyyətə başlayıb. İtaliya hökumətinin təqaüdü ilə təhsil almaq imkanını reallaşdıran S.Mehdi buna qədər Bakı Dövlət Universitetinin (BDU) “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat səviyyəsində təhsilini başa vurub. O, “Müqayisəli Sosial […]

Azərbaycan və Türkiyənin mədəniyyət işçiləri bir araya gəldilər

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi rəhbərliyinin təşəbbüsü və Araz Doğa Sporları və Kültür Kulübü Derneğinin təşkilatçılığı ilə keçirilən görüş Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunub. Görüşdə Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il […]

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib

2021-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “XX əsrin faciəsi: Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov Xocalı soyqırımını XX əsrin ən qəddar genosid aktlarından və insanlığa qarşı törədilmiş ən qanlı tarixi cinayətlərdən biri […]

Tələbə könüllülərinin aksiyasına icra başçısı da qoşuldu

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası  Mingəçevirdə  ağacəkmə aksiyası ilə yadda qalıb. Fevralın 24-də Mingəçevir Dövlət Universitetinin tələbə könüllüləri Samux  küçəsi boyunca boş ərazidə  eldar şamı, akasiya və ağcaqayın növlərindən olan 613 ədəd ağac əkiblər. Bununla da onlar Xocalı soyqırımı zamanı erməni vəhşiləri vəhşiləri tərəfindən qətlə yetirilən 613 Xocalı sakinini yad ediblər. Aksiyaya könüllülərlə bərabər Mingəçevir Şəhər […]

Mingəçevirdə karantin qaydalarını pozan idman zalı aşkarlanıb

Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 20 Yanvar küçəsində yerləşən “Herakl” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu müəyyən edilib. İcarədar, Yevlax rayon sakini Natiq İsmayılov xüsusi karantin rejimi […]

Mingəçevir şəhərində “2021-ci ilin yanvarın 1-i vəziyyətinə heyvanların, quşların və arı ailələrinin uçotunun yekunları” haqqında

2021-ci il yanvarın 1-i vəziyyətinə keçirilmiş heyvanların, quşların və arı ailələrinin sayının uçota alınması üzrə hesabat məlumatları respublikanın hər yerində olduğu kimi şəhərdə də yekunlaşdırılmışdır. Uçota tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq heyvanları, quşları və arı ailələri olan bütün hüquqi və fiziki şəхslər cəlb edilmişdir. İribuynuzlu mal-qara. 2021-ci il yanvarın 1-i vəziyyətinə şəhərdə 2245 baş […]